Главная > Gundem > İlham Əliyev Tailand Kralını təbrik edib

İlham Əliyev Tailand Kralını təbrik edib


5-12-2018, 09:49. Разместил: djbaz
Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevTailandın Kralı Əlahəzrət Maha Vaciralonqkorn Bodindradebayavaranqkuna təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Əlahəzrət,

Tailand Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına daim sülh və rifah arzulayıram".
Вернуться назад