Главная > Gundem > Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq


27-11-2018, 15:54. Разместил: djbaz
Noyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Djb.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu yarımadada gecə 8-10, gündüz 14-18, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti təşkil edəcək.
Вернуться назад