Главная > Gundem > QAYĞI VƏ DİQQƏT AĞRILARI AZALDAR

QAYĞI VƏ DİQQƏT AĞRILARI AZALDAR


17-11-2018, 11:53. Разместил: djbaz
QAYĞI VƏ DİQQƏT AĞRILARI AZALDARŞiddətli ağrılarım səbəbindən yenə Hospitaldayam.3 ildir dinməz ağrılarım, bitməz sağlamlıq problemlərim təkrar baş qaldıranda zərrə tərəddüdsüz üz tutduğum Silahlı Qüvvələrin Baş Klinik Hospitalının komandiri Tofiq müəllim başda olmaqla bütün işçi heyətinə xüsusi diqqət və qayğılarına görə dərin təşəkkürümü bildirirəm.Tək bir şöbənin adını qeyd etmirəm.Çünki burada bir çox şöbələrdə müayinə və müalicə olunuram.Dünən də mənə öz doğmaları kimi qucaq açdılar, xüsusi diqqət və qayğıyla qarşıladılar çox sağ olsunlar. Bu diqqəti gördükdə sanki insanın ağrıları az da olsa yüngülləşir.
P.S. Son zamanlar sosial şəbəkələrdə Qazilərimizə qarşı diqqətsizlikdən çox söz açılır. Mütəmadi olaraq xəbərlərimizlə bağlı sosial şəbəkələrdə olmağımız insanların narazılıqları veteranlara, qazilərə göstərilən diqqətsizlik, bu günki yazıya marağımı daha çox cəlb etdi. Bu gün bir çox insanları bizlərə tanıdan da məhz sosial şəbəkələrdə yayımlanan xəbərlərdir.
İgid Qazimiz Arzu Məmmədovu məhz buradan tanıdım, onun haqqında dəfələrlə paylaşımlar etdik. Qarşılaşdığı problemləri həll etmək üçün onu daha çox xalqımıza millətimizə tanıtmaq üçün bacardığımız, əlimizdən gələn bu idi.
Bu gün igidimizin yazdığı ürək sözlərindəki səmimiyyətə çox inandım. Ağrı-acıya məhkum olan bir insan çevrəsindəkilərdən diqqət görərkən az da olsa ağrısı azalır. Amma onu da qeyd etmək istəyirəm ki, bizlər kimliyimizdən hansı vəzifəni daşımağımızdan asılı olmayaraq hər bir Şəhidin, Qazinin , Müharibə Veteranının qarşısında baş əyməliyik. Sizlər sağlamlığınızı bu Vətənin, xalqın, millətin yolunda itirmisiniz. Məhz sizin kimi igid oğulların sayəsində bu gün bu respublikada əminamanlıqdır.
Tofiq müəllimə minnətdarlığınızı bildirirsiniz. Əlbətdə bu çox sevindirici bir haldır.
Şəxsən tanımasamda səmimi yazınızdan onu anladım ki, o da Vətəni yolunda canını sipər edən oğullara qiymət verməyi bacarır. Bir rəhbər bunu bilirsə onun kollektividə işinə diqqətlə yanaşacaq. Əsgər və zabitlərimizə qayğı ilə yanaşmaq isə hər bir Azərbaycan vətəndaşının borcudur.
Fürsətdən istifafə edərək öz adımdan və Djb.az-ın kollektivi adından Arzu Məmmədovu Milli “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunması münasibəti ilə təbrik edirik.

Almaz İlahə Əhmədova
QAYĞI VƏ DİQQƏT AĞRILARI AZALDAR
QAYĞI VƏ DİQQƏT AĞRILARI AZALDAR

Вернуться назад