Главная > Gundem > BİR KİMSƏ MƏNİ SEVDİYİM KİMİ SEVDİMİ?

BİR KİMSƏ MƏNİ SEVDİYİM KİMİ SEVDİMİ?


6-11-2018, 14:34. Разместил: djbaz
BİR KİMSƏ MƏNİ SEVDİYİM KİMİ SEVDİMİ?
Sevmək gözəldir, lakin gözəl sevməyi hər kəs bacarmaz . Sevgi çox uca hissdir, onu yüksək zirvədə saxlamağı ona dəyər verməyi də Allah hər kəsə nəsib etməz. İnsan kimi sevməyidə Rəbbim yalnız insanlara nəsib edər. Hər kəs sevər, hər kəs sevirəm deyər amma məhəbbət bir selə bənzəyər, onun axınını tutan, onun ülviliyində bogulmayan az insan olar.
Mən də sevdim insanları, adamları insan kimi görərək sevdim. İnsanlığ naminə sevdim...Dostuma ürəyimin yağını verəcək qədər sevdim...
İşimi sevdim, peşəmin əsiri olacaq qədər sevdim...
Doğmalarımı sevdim, ömrümü qurban verə biləcək qədər sevdim...
Qadınları sevdim hər birinin talehində özümü görə bilərək sevdim...Yaşamadığım talehləri yaşayacaq qədər sevdim...
Yarımı sevdim, ömrümü bir göz qırpımında qurban verə biləcək qədər sevdim. Məsafəsi əldə tutulacaq silahın tətiyinin çəkilməsi qədər yaxın olan ölüm kimi sevdim. Çox sadə mən sevdiklərimi ölümünə sevə biləcək biri oldum.
Amma bir kimsə məni mənim sevdiyim kimi sevdimi??? Məncə yox, sevmədi! Hər kəs bu sevgidən bir təmənna umdu. Hər kəs özünə düşən sevgini canımı sökərək aldı. Mən oxunması mümkün olmayan kitab olaraq beləcə bu gördüyünüz rəsimdəki kimi ilmə-ilmə doğrandım! Sonrada tək-tənha kiçik bir qayığda dənizə üz aldım. Yelkənli gəmilərin yaşama şansı daha yüksək, ruzigar əsdikcə yelkən onu qoruyar. Mənsə kiçik bir qayığda atıldım burulğanlara. Ölümdən qorxmayaraq... İtirdiyim məhəbbətlər ölümün gözünə dik baxmağı öyrətdi mənə.Axı ölüm hər zaman məni seçdi birər-birər sevdiklərimin gözünün içinə baxaraq onu görməyi yaşatdı mənə... Mən əsla ondan qoxmadım.Ölüm də fərqli yanaşar insanlara, kimini diriykən öldürər, kimini əməliylə dəfn etdirər, kimini sevərək, kimini həyatından silərək, kimini isə öldürərək səni öldürər. Bəzən də bir ömür yaşadığın sürəcə hər gün ölərsən. Amma bunu heç kim duymaz, bilməz, görməz ya da ki, görməməzlikdən gələrək hər kəs səndən istədiyin alar! Kimi zamanını, kimi düşüncələrini, kimi qəlbini, ruhunu alaraq.
Mənsə insan olaraq sevdim sevdiklərimi.

Almaz İlahə
Вернуться назад