Главная > Gundem > Ombudsman: "Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda daha yüksək nailiyyət əldə edəcək"

Ombudsman: "Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda daha yüksək nailiyyət əldə edəcək"


26-10-2018, 13:30. Разместил: djbaz
Ombudsman: "Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda daha yüksək nailiyyət əldə edəcək"
“Azərbaycanda indiyə qədər gedən inkişaf prosesləri ölkəmizin artıq 30 ildir ağır itkilərlə nəticələnən erməni təcavüzü şəraitində, hələ də torpaqlarımızın 20 faizi zəbt olunduğu, əhalimizin 1 milyon nəfərdən çoxu qaçqın və məcburi köçkün həyatı yaşadığı bir dönəmdə baş verir. Odur ki, sülh Azərbaycan üçün xüsusi məna daşıyır. Sülhün əsl mahiyyətini, əhəmiyyətini yaşamaq və inkişaf üçün zəruriliyini müharibə əzablarını çəkən xalqlar xüsusi həssaslıqla dərk edir”.

“Report” xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Dayanıqlı İnkşafa dair Bakı Forumu çərçivəsində keçirilən “2030-ci ilədək, Dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətləri təşviq etmək, hamı üçün ədalət məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təşkilatlar qurmaq” mövzusundakı sessiyada çıxışı zaman deyib.

E.Süleymanova qeyd edib ki, bu baxımdan, dayanıqlı inkişafa insanların rifahının yüksəlməsinə yönəlmiş müstəqil Azərbaycan dövləti üçün sülh və inkişaf ayrılmaz amillər olaraq hər zaman prioritet təşkil edir: “Müstəqilliyimizi ikinci dəfə əldə etdiyimizdən sonra 1993-cü ildə hakimiyyətə qayıtmış ümummilli liderimiz Heydər Əliyevin hərtərəfli islahatlarla iqtisadi, sosial, insan hüquqlarının bərqərar olunması sahsəsində ilk təşəbbüslərindən biri müharibəyə, erməni təcavüzünə son qoymaq niyyətilə ikitərəfli razılıqla atəşkəs qərarı olub: “Lakin həm bu razılığa, həm də zəbt olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə və məsələnin sülh yolu ilə həll olunması ilə bağlı nüfuzlu beynəlxalq qurumların qərarlarına, tövsiyələrinə və rəylərinə əks tərəfin saymazyana münasibəti və yanaşması davam edir. Ölkə Prezidenti İlham Əliyev çoxsaylı sammitlərin, beynəlxalq tədbirlərinin yüksək tribunalarından Azərbaycanın ədalətli sülhə, BMT-nin Sülh və İnkişaf hüquqlarının müdafiəsinə yönəlmiş çoxsaylı konvensiyalarına, bəyannamələrinə və qətnamələrinə, dövlətlərin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşmaqla qeyd-şərtsiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülhün bərqərar olunması, zəbt olunmuş Azərbaycan torpaqlarının azad olunması, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması və bütün insan hüquqlarının bərpa olunmasına yönəlmiş, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və səlahiyyətli beynəlxalq qurumları bu məqsədlə konkret tədbirlərin görülməsi ilə nail olmağa çağırmışdır. Bu isə birbaşa Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edir”.

"Bu da bir həqiqətdir ki, son vaxtlar Azərbaycanın ədalətli sülh naminə nüfuzlu təəssübkeşlərinin (Avropa İttifaqı, NATO, və b.) sayı artmaqdadır: “Mən əminəm ki, əgər Azərbaycan 2000-2015-ci illər üçün Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üzrə bəzi göstəricilərə görə 128 ölkə arasında öndərlər sırasında yer tutursa, Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda daha yüksək nailiyyət əldə edə biləcək", - Ombudsman əlavə edib.
Вернуться назад