Главная > Gundem > Çavuşoğlu Azərbaycan xalqını təbrik etdi

Çavuşoğlu Azərbaycan xalqını təbrik etdi


15-09-2018, 14:10. Разместил: djbaz
Çavuşoğlu Azərbaycan xalqını təbrik etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakının azad edilməsinin 100 illiyi ilə bağlı Azərbaycan xalqını təbrik edib.

Oxu.Az-ın xəbərinə görə, M.Çavuşoğlu “Twitter” səhifəsində yazıb ki, Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyini qardaş Azərbaycanla birlikdə qeyd edirlər.

Qeyd edək ki, bu gün Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür.

1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq, şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad edib.
Вернуться назад