Главная > Gundem > Aşura günü könüllü qanvermə aksiyaları keçiriləcək - ÜNVANLAR
Aşura günü könüllü qanvermə aksiyaları keçiriləcək - ÜNVANLAR14-09-2018, 14:23. Разместил: djbaz |
Hər il olduğu kimi, bu il də Məhərrəm ayının 10-cu günü - Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək. Nazirlikdən Modern.az-a verilən məlumata görə, aksiyalar 20 sentyabr 2018-ci il tarixində Bakı və regionlarda təşkil olunacaq. Könüllü aksiyada iştirak etmək arzusunda olan vətəndaşlar aşağıdakı ünvanlara gələrək qan verə bilərlə: Bakı şəhəri üzrə: - Binəqədi rayonu “İmam Əli məscidi”, - Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”, - Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, - Nizami rayonu “Şah Abbas məscidi” , - Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, - Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı” və “İçəri şəhər Cümə məscidi”, - Suraxanı rayonu “Qaracuxur məscidi”, - Yasamal rayonu “Təzə pir məscidi” və “Hacı Soltanəli məscidi”. Əvvəlki illərdən fərqli olaraq vətəndaşların istəklərini nəzərə alıb regionlarda da analoji aksiyaların təşkili nəzərdə tutulub. Aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır: - Gəncə şəhəri “İmamzadə kompleksi”, - Lənkəran şəhəri “Böyük bazar məscidi”, - Mingəçevir şəhəri “Heydər məscidi”, - Sumqayıt şəhər “Cümə məscidi”, - Şəki şəhəri “İmam Əli məscidi”, - Mərkəzi Qan bankının Şırvan bölməsi, - Ağcabədi Mərkəzi rayon xəstəxanası, - Beyləqan Mərkəzi rayon xəstəxanası, - Bərdə rayonu “Bərdə İmamzadəsi”, - Biləsuvar rayonu “Cümə məscidi” (mərasim zalı), - Cəlilabad Mərkəzi rayon xəstəxanası, - Xaçmaz şəhər məscidi, - Ağsu rayon mərkəzi xəstəxanası, - Qan bankının Quba bölgəsi, - Masallı şəhər Cümə məscidi. Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Вернуться назад |