Главная > Gundem > ASAN Xidmət-in sədrinə daha bir vəzifə verildi - FƏRMAN

ASAN Xidmət-in sədrinə daha bir vəzifə verildi - FƏRMAN


13-09-2018, 12:22. Разместил: djbaz
ASAN Xidmət-in sədrinə daha bir vəzifə verildi - FƏRMAN
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi”ndə dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Modern.az-ın məlumatına görə, Fərmanda bildirilib:

““Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2097; 2018, № 6, maddə 1229; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 176 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi”ndə “İnam Kərimov” sözləri “Ülvi Mehdiyev” sözləri ilə əvəz edilsin”.


Xatırladaq ki. Ülvi Mehdiyev bu il aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri təyin edilib.
Вернуться назад