Главная > Gundem > Ləj kənd məscidi

Ləj kənd məscidi


13-09-2018, 12:09. Разместил: djbaz
Ləj kənd məscidi

Ləj kəndində yerləşən obyektlərdən biri də Ləj kənd məscididir. Ləj kəndində ilk məscid 1982-ci ildə yaranıb. İlk əvvəllər təkiyə formalı olub.Xalq arasında bu məscidə “kanə məcit” və ya “hüseyniyyə” (talışca “köhnə məscid” deməkdir) deyirlər. Köhnə məscid (təkyə) indiki məsciddən çox-çox aralıda, yəni Ləj kənd qəbirstanlığının həyətində yerləşirdi. İlk vaxtlar kənd balaca olduğundan o dövrə uyğun olaraq kiçik həcimli bir məscid inşa edilmişdir. Köhnə məscid yer üstündə bir daş üzərində yerləşərək iki bölmədən ibarət olmuşdur: kişilər bölməsi və qadınlar bölməsi. Köhnə məscidin bir məscid kimi imkanları az olmuşdur. Bu məsciddə məhərrəm aylarında təziy-yə şəbihləri keçirilmiş və ehsanatlar verirlmişdir. Köhnə məscid 1992-ci ilə qədər fəaliyyət göstərmişdir. Kənd böyüdükdən sonra 1993-cü ildə yeni məscid tikilib istifadəyə verilmişdir. 1993-cü ildə Ləj kənd məscidi Ədliyyə Nazirliyinin qeydiyyatından keçdi. Yeni məscidin tikilməsində ilk həm maddi, həm də mənəvi dəstəyi kənd ağsaqqalı Bahabali Vəliyev göstərmişdir. Məscidin tikilməsində kəndin o zamankı sakinləri olan Gülağa Yusubov, məşhədi Novruz Şərifov, Cəfər Bayramov, Qardaş Əhmədov, Əlizadə Şərifov, Əhməd Baxşiyev və İslam Novruzov əl birliyi ilə el arasında imkanlı şəxslərdən maddi vəsait yığaraq məscidin tikilməsinə sərf etmişlər. Ləj kəndinin yeni məscidinin bünövrəsini kənd sakini Bayram Cəfərov tökmüşdür. Məscid 5 daş üstündə tikilmişdir. Məscidin divarları 5 daşa qədər qaldırıldıqdan sonra kənd ağsaqqalı Əliabbas Rəhimov sonrakı 16 daş hündürlükdə olan divarı hörmüşdür. Məscidin dam örtüyü və içərisi üçün taxta materialına isə kəndin o vaxtkı meşəbəyisi olan Rzayev Səttar Səfər oğlu və meşə idarəsinin rəisi Teyyub Axundov yoldaş yaxından köməklik göstərmişdir. Belə ki, deyilənə görə meşə idarəsinin rəisi Teyyub Axundov Ləj məscidi üçün taxta materialını pulsuz olaraq vermişdir. Məscid üçün əldə edilən materialların həm meşədən gətirilməsi, həm də məscidin tikilməsində o zaman mövcud olan Ləj kənd Bələdiyyəsinin sədri Ümidvar Babali oğlu Vəliyevin və onun muavini Nuriyev Surxay Bahadir oğlunun yaxından köməkliyi olmuşdur. Ləj kənd məscidinin divarları mişar daşlarından”kubik” hörülmüşdür.Məscidin tikilişi zamanı bir dənə də olsun bişmiş kərpicdən istifadə olunmamışdır.Məscidin damı dəmir materiallarındandır.Məscidin minarəsi olmadığından onun damı üzərində orta məsafədə ,hündürlüyü 2 metr hündürlüyündə olan azanverən yer düzəldilmişdir.Məscidin damının məscid divarı ilə birləşən yerində,yuxarıdan aşağıya ,ağac materiallarından şərq memrlıq üslubu ilə tikilən qədim məscidlərdə təsadüf edilən xüsusi üç pilləli dekartiv oymalar var.Məscididn divrlarına suvaq vurulmamışdır.Məscidin sağ və sol tərəflərindən iki giriş hissəsi var.Sola tərəfdəki giriş hissəsi qadınlar üçündür.Çünki,Ləj məscidi ortadan xüsusi pərdələrlə iki hissəyə ayrılmışdır.Məscidin içərisində ağac materialından xüsusi ustalıqla yerli ustalar tərəfindən hazırlanmış 4 ədəd dirə və tavanda isə 9 ədəd çilçıraq var.Məscidin damı xüsusi ağac materiallarından şərq memarlığı üslubunda hazırlanmışdır.Məscidin içərisində minbər və məscidin öz kitabxanası vardır.Bu kitabxanada dini ədəbiyyata aid müxtəlif kitablar var.Çox hissəsi kişi bölməsi,az hissəsini isə qadın bölməsi təşkil edir.Məscidin hər iki tərəfində hündürlüyü 3 metr ola ,eni isə 2 metr olan pəncərələr var.Məscidin ön tərəfində də eyni ölçüdə iki pəncərə var.Bu pəncərələrin üst hissəsi aypara formasındadır.Məscidin hər iki giriş hissəsində pilləkən var.Bu pilləkənlər 5 pillədən ibarətdir.Pilləkənlərin ətraflarında xüsusi dəmir dəstəklər var.Bundan əlavə yağış və qarlı havalardan qorunmaq üçün pilləkənlərin üstündə dam tikilmişdir.Bu damlar dəmir materiallarından ibarətdir və hər ikisi iki dəmir dirəklərin üzərində qurulub.Damların üstü aypara formalı və günbəzvaridir.Hər iki pilləkənin məcdinin içərisinə daxil olan yerin sağ və sol hissələrində 4 mişar daşı hündürlüyündə divar hörülmüş və bu divarların iç tərəfində ağac materiallarından üçhissəli taxta rəflər tikilmişdir. Məscidin giriş hissəsindən girərkən sağ tərəfdə müəyyən tədbirlər küçirmək üçün talvar tikilmişdir.Məscidin ön tərəfindəki hər iki pəncərənin arasında kiçik mərmər tablo var və bu tabloda məscidin tikilmə tarixi yazılmışdır.2010-cu il mart ayının 28-də Ləj məscidi öz dövlət qeydiyyatı statusunu alıb, Mədəniyyət və Turizim Nazirliyinin ”reyestr ”qeydiyyatından keçmişdir. Şərifov Əziz Novruz oğlu Ləj məscidinin ”Dini İcma Sədri” vəzifəsinə təyin olunub və ona Ləj kənd məscidinə möhür verilib.2010-cu ilə qədər məscidin mollalıq səlahiyyəti Şərifov Əziz Novruz oğlunda olmuşdur. Lakin 2010-cu ildə kənd sakini Quliyev Samid Qənbər oğlunun namizədliyi irəli sürülmüş, bu təklif məscidin o zamankı dini icma sədri Şərifov Əziz Novruz oğlu tərəfindən qəbul olunaraq Qafqaz Müsəlmanları Dini komitəsinə göndərilmiş və komitədə bu işə baxaraq Quliyev Samid Qəmbər oğlunun namizədliyini təsdiqləmişdir. Hal-hazırda Quliyev Samid Qənbər oğlu Ləj kənd məscidinin axundu vəzifəsində çalışır.Ləj kənd məscidinin xuddamı isə Məşhədi Əziz Məşhədi Novruz oğlu Şərifovdur.Məşhədi Əziz Şərifovun babası mərhum axund Əmənulla Şərifov öz dövrünün tanınmış ruhanilərindən biri olmuşdur.Belə ki,əmənulla kişi gözəlk quran oxumuş və dini elmləri və şəri qaydaları mükəmməl bilmiş,ərəb və fars dillərini bilmişdir.Ləj kəndinin öz dövrünə ilk tanınmış axundu və mollası olmuşdur.Molla Əmənulla adı ilə tanınan Əmənulla Şərifov demək olar ki,Lənkəranın tək-tük sayılan tanınmış ruhanilərindən biri olmuşdur.Bu gündə Molla Əmənulla kişinin övladları və nəvələrindən bəziləri onun yolunu davam etrdirirlər.Məşhədi Əziz Şərifov məhz öz babasının yolunu davam etdirir və o ,quran oxumağı və şəri qaydaları mükəmməl bilir.Belə ki,Əziz Şərifov Ləj məscidinin axundu Samid Quliyevlə birlikdə Ləj məscidinin bütün tədbirlərini birgə təşkil edirlər.(Bax.Aqşin Mistanlı.Bataqlıqdan Başlayan Həyat və ya Ləj kəndinin tarixi.Bakı.Elm və Təhsil.2017.səh.81)

Aqşin Mistanlı
Tədqiqatçı tarixçi
AYB-nin üzvü.

Вернуться назад