Главная > Gundem > Arzu Rəhimov Yevlaxda vətəndaşları qəbul edib

Arzu Rəhimov Yevlaxda vətəndaşları qəbul edib


16-08-2018, 14:18. Разместил: djbaz
Arzu Rəhimov Yevlaxda vətəndaşları qəbul edib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Yevlax rayonunda vətəndaşları qəbul edib.

"Report"un Qərb bürosu xəbər verir ki, Yevlax, Ucar, Bərdə, Tərtər, Beyləqan rayonlarından və Gəncə şəhərindən ümumilikdə 20-dən artıq sakin iştirak edib.

Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarının gələcək xidmət yerinin mü­əy­yən­ləş­dirilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də övladlarının təkrar tibbi müayinəyə cəlb olunaraq həqiqi hərbi xidmətə göndərilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araş­dı­rıl­ması tələb olunan müra­ci­ət­lər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Arzu Rəhimov Yevlaxda vətəndaşları qəbul edib
Arzu Rəhimov Yevlaxda vətəndaşları qəbul edib
Arzu Rəhimov Yevlaxda vətəndaşları qəbul edib
Arzu Rəhimov Yevlaxda vətəndaşları qəbul edib

Вернуться назад