Главная > Gundem > Fövqəladə hallar naziri Mingəçevirdə səfərdə olub

Fövqəladə hallar naziri Mingəçevirdə səfərdə olub


4-07-2018, 20:37. Разместил: djbaz
Fövqəladə hallar naziri Mingəçevirdə səfərdə olub


İyulun 3-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda baş vermiş qəza nəticəsində Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə prezident İlham Əliyevin 3 iyul tarixli sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.
Dövlət Komissiyasının üzvü, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iyulun 3-ü və 4-də Mingəçevir şəhərində səfərdə olub. Nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələrinin və "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin rəhbər şəxslərinin iştirakı ilə sıradan çıxmış cərəyan transformatorunun hazırkı vəziyyəti ilə tanış olmuş, aparılan təmir-bərpa işlərini yaxından izləmişdir. Problemin qısa zamanda tam həll olunmasının vacibliyini diqqətə çatdıran nazir yaranmış vəziyyətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətində olduğunu xüsusilə vurğulamışdır. Nazir Kəmaləddin Heydərov təmir-bərpa işlərinin operativ şəkildə həyata keçirilməsi üçün aidiyyatı qurumların nümayəndələrinə müvafiq tapşırıqlar vermişdir.

Aytəkin Adilqızı Mingəçevir
Вернуться назад