Главная > Gundem > Avtobusların xüsusi fəaliyyət rejimi ləvğ edildi

Avtobusların xüsusi fəaliyyət rejimi ləvğ edildi


4-07-2018, 20:28. Разместил: djbaz
Avtobusların xüsusi fəaliyyət rejimi ləvğ edildi


Paytaxtın enerji təminatında yaranan çətinliklərin əmələ gətirdiyi problemlər aradan qaldırıldığından müntəzəm marşrut xətləri üzrə tətbiq edilən xüsusi fəaliyyət rejimi ləvğ edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) DJB.az-a verilən məlumata görə, hazırda müntəzəm sərnişindaşımaları adi günlərdə olduğu kimi davam etdirilir.

BNA 3-4 iyul tarixlərində sərnişindaşınmasını xüsusi fəaliyyət rejimində təşkilində yaxından iştirakına və göstərdikləri köməyə görə daşıyıcılara, nəqliyyat əməliyyatları ilə bağlı əhalinin vaxtında məlumatlandırılması və maarifləndirilməsi işlərində göstərdikləri əvəzsiz dəstəyə görə kütləvi informasiya vasitələrinə təşəkkür edir, ötən iki gün ərzində nəqliyyat sistemində yaranan çətinlikləri anlayışla qəbul edib yüksək vətəndaşlıq mövqeyi göstərən əhaliyə də dərin minnətdarlığını bildirir.

Zəminə Çələbi

Вернуться назад