Главная > Gundem > Azərbaycanın hərbi təyinatlı məhsulları Fransada nümayiş etdiriləcək

Azərbaycanın hərbi təyinatlı məhsulları Fransada nümayiş etdiriləcək


7-06-2018, 13:19. Разместил: djbaz
Azərbaycanın hərbi təyinatlı məhsulları Fransada nümayiş etdiriləcək


Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar iyunun 11-dən 15-dək Fransanın Paris şəhərində keçiriləcək Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisində - "EUROSATORY-2018”də nümayiş etdiriləcək.

DJB.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyindən apa-ya verilən məlumata görə, bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Fransada səfərdə olacaq.

Beş gün davam edəcək sərgidə ziyarətçilərə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 270 adda məmulat təqdim ediləcək.

"EUROSATORY-2018” sərgisində dünyanın 63 ölkəsindən 1700-dən artıq şirkətin iştirakı gözlənilir.

Səfər zamanı nazir Yavər Camalovun hərbi-texniki əməkdaşlıq çərçivəsində görüşləri də nəzərdə tutulur.

Rəşid Allahverdiyev
Вернуться назад