Главная > Gundem > Binəqədinin yeni icra başçısı Elxan Allahverdiyev kimdir?

Binəqədinin yeni icra başçısı Elxan Allahverdiyev kimdir?


6-06-2018, 16:43. Разместил: djbaz
Binəqədinin yeni icra başçısı Elxan Allahverdiyev kimdir?


Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinə Elxan Allahverdiyevin başçı təyin edilməsi barədə sərəncam imzalayıb.

Elxan Allahverdiyev Kapital Bank-ın idarə heyətinin sədri Elşən Allahverdiyevin qardaşıdır.

DJB.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, Elxan Allahverdiyev bir müddət Fövqaladə Hallar Nazirliyində (FHN) çalışıb. O, Fövqəladə Hallar nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib, daxili xidmət polkovnik-leytenantıdır.

Bu gün saat 16:00-da yeni başçının kollektivə təqdim ediləcəyi gözlənilir.

Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərov ötən həftə işdən çıxarılıb.
Вернуться назад