Главная > Gundem > Prezident İlham Əliyev Goranboy və Naftalana səfər edib

Prezident İlham Əliyev Goranboy və Naftalana səfər edib


6-06-2018, 00:46. Разместил: djbaz
Prezident İlham Əliyev Goranboy və Naftalana səfər edib


Prezident İlham Əliyev Goranboy və Naftalana səfər edib.




DJB.az-ın məlumatına görə, prezident İlham Əliyev Goranboya səfərini ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etməklə başlayıb.

Prezident Goranboyda Bayraq Muzeyinin açılışında iştirak edib. Muzey Bayraq meydanının ərazisində yerləşir. Meydanda hündürlüyü 72 metr olan dövlət bayrağının postament hissəsi abadlaşdırılıb. Bayraq Muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar yaradılıb.


Dövlət başçısı səfər çərçivəsində Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun açılışında iştirak edib. 12 min nəfər əhalinin yaşadığı 5 məntəqəni birləşdirən yolun uzunluğu 14 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. bu yol sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikanın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək.


Prezident həmçinin "Region agro" Məhdud Məsuliyyətli Cəmiyyətin açılışında da iştirak edərək, müəssisənin kollektivi ilə görüşüb. Aqroparkda hazırda 100 nəfər daimi işlə təmin edilib. İstehsal olunan məhsulların uzun müddət keyfiyyətli və itkisiz saxlanılması üçün 18 min tonluq 6 taxıl anbarı kompleksi və saatda gücü 10 ton olan qurutma sistemi inşa olunub. Ümumi dəyəri 30 milyon manat olan aqroparkın yaradılmasına 6 milyon manat dövlətin güzəştli krediti verilib.

Dövlət başçısı Goranboyda daha bir yolun - Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında da iştirak edib. Uzunluğu 20 kilometr olan bu yol 15 min nəfər əhalinin yaşadığı 15 məntəqəni birləşdirir.


Daha sonra prezident hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı "Dəliməmmədli" yarımstansiyasının açılışında iştirak edib. Bu yarımstansiya vasitəsilə Dəliməmmədli şəhərinin və ətraf 21 yaşayış məntəqəsinin, o cümlədən 2 yarımstansiyanın elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiyadan çıxan 10 kilovoltluq hava xətləri vasitəsilə 8 min abonentin elektrik enerjisi təchizatı təmin olunur. Prezident İlham Əliyevə 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı "Kürəkçay" yarımstansiyası barədə də məlumat verirərək bildirilib ki, 1947-ci ildən istismarda olan bu yarımstansiya tamamilə yenidən qurulub və hazırda 100 mindən artıq əhalini elektrik enerjisi ilə təchiz edir.


Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin də açılışı olub. Bu kanal sayəsində ümumilikdə 26 min 584 hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək.

Bununla da Goranboya səfərini başa vuran prezident İlham Əliyev Naftalana yola düşüb. Burada səfərinə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməklə başlayıb. Sonra prezident Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.


Prezident Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə də tanış olub. Hərbi şəhərcikdə 28 yaşayış və qeyri-yaşayış binası, 350 avtomobil və zirehli texnikanın saxlanması üçün park inşa edilib. Ərazidə qərargah binası tikilib. Hərbi şəhərcikdə 120 nəfərlik 8 və 150 nəfərlik 1 əsgər yataqxanası tikilib. Burada subaylar üçün 126 nəfərlik 3 yataqxana, zabitlər üçün 14 mənzilli 2 yaşayış binası inşa olunub.
Вернуться назад