Главная > Gundem > Miqrasiya qanunvericiliyini pozan 15 əcnəbi saxlanılıb
Miqrasiya qanunvericiliyini pozan 15 əcnəbi saxlanılıb5-06-2018, 14:39. Разместил: djbaz |
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 6-sı Pakistan, 6-sı Türkiyə, 2-si Moldova və 1-i Filippin vətəndaşı olmaqla, ümumilikdə 15 nəfər əcnəbi saxlanılıb. DMX-dən verilən məlumata görə, saxlanılmış Pakistan və Moldova vətəndaşlarının Azərbaycan ərazisində qanunsuz əmək fəaliyyəti (səyyar ticarət) ilə məşğul olduqları məlum olub. Türkiyə və Filippin vətəndaşlarının isə ölkədə miqrasiya (olma və yaşama) qaydalarını pozduqları müəyyən edilib. Saxlanılmış əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunub və barələrində qərarlar qəbul edilib. DMX qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir. Вернуться назад |