Главная > Gundem > Qarabağda da inqilab başladı

Qarabağda da inqilab başladı


4-06-2018, 13:54. Разместил: djbaz
Qarabağda da inqilab başladı


Ermənistandakı çevrilişdən sonra işğal altındakı Dağlıq Qarabağda da inqilabi qığılcımlar başlayıb.

DJB.az-ın məlumatına görə, işğal altındakı Dağlıq Qarabağda, Xankəndində ötən gün yerli xüsusi xidmət orqanlarının xüsusi təyinatlıları tərəfindən iki nəfərin xüsusi qəddarlıqla döyülməsi kütləvi aksiyalara səbəb olub.


Xüsusi təyinatlılar qrupu iki nəfər arasında davaya qarışıb və onları bərk döyüb. Döyülənlər xəstəxanaya yerləşdirilib. Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq "milli təhlükəsizlik xidmətinin" xüsusi təyinatlılarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər.

Toplaşanlar yolu bağlayıblar və saatlarla nəqliyyatın hərəkətini dayandırıblar. Bildirilir ki, "milli təhlükəsizlik xidməti"nin xüsusi təyinatlıları özbaşınalıqla, reketlə məşğuldur, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərir.

Vəziyyətin getdikcə gərginləşdiyini görərək etirazçıların qarşısına qondarma rejimin yüksək vəzifəli nümayəndələri çıxıblar. Onlar etirazçıları əmin etməyə çalışıblar ki, qondarma rejimin rəhbəri Bako Saakyan günahkarları cəzalandıracaq. Lakin toplaşanlar dağılışmayıblar və yolu açmayıblar. Nəhayət bir neçə saat sonra etirazçıların 9 nəfərdən ibarət nümayəndələrini Saakyan qəbul edib. Onlara hadisənin araşdırılacağı və günahkarların cəzalandırılacağı sözü verilib. Etrazçılar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə aksiyaları davam etdirəcəklərinin bildiriblər.

Erməni ekspert Tiqran Karapetyan "Facebook"da yazıb ki, Bako Saakyan Ermənistanda Serj Sarkisyanın aqibətini yaşaya bilər. Çünki Dağlıq Qarabağda da rejim hər cür qanunsuzluqlarla məşğuldur. Lakin onun bildirdiyinə görə, güc strukturlarının rəhbərləri Bako Saakyana təzyiq edirlər ki, etirazçılara güzəştə getməsin.

Hikmət Günəş
Вернуться назад