Главная > Gundem > 28 may günü “ASAN xidmət” işləməyəcək
28 may günü “ASAN xidmət” işləməyəcək26-05-2018, 02:23. Разместил: djbaz |
28 may-Respublika günü münasibətilə "ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumatda bildirilib ki, vətəndaşlar mayın 29-dan mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. Qeyd edək ki, hazırda 13 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal” mərkəzi fəaliyyətdədir. Nuray`Dəniz Вернуться назад |