Главная > Gundem > Azərbaycan ordusunda “İnsan hüquqları” aylığı çərçivəsində bir sıra tədbirlər keçirilir

Azərbaycan ordusunda “İnsan hüquqları” aylığı çərçivəsində bir sıra tədbirlər keçirilir


21-05-2018, 13:56. Разместил: djbaz
Azərbaycan ordusunda “İnsan hüquqları” aylığı çərçivəsində bir sıra tədbirlər keçirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə hər il qeyd olunan 18 iyun - İnsan Hüquqları Günü münasibətilə “İnsan hüquqları” aylığı keçirilir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, bu aylıq çərçivəsində Azərbaycan ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində insan hüquqlarının və azadlıqlarının mahiyyətindən, onların pozulmasının qarşısının alınması yollarından bəhs edən mövzularda konfranslar, “dəyirmi masa”lar, kitab sərgisi, müsabiqələr, xüsusi dərslər, əhali ilə görüşlər, maarifləndirici seminarlar və digər tədbirlər keçiriləcək.

Bu tədbirlərdə iştirakçıları maraqlandıran suallar mütəxəssislər, ekspertlər, hüquqşünaslar və s. tərəfindən cavablandırılacaq.
Вернуться назад