Главная > Gundem > Qarabağ Regional Departamentinin yığıncağı keçirilib

Qarabağ Regional Departamentinin yığıncağı keçirilib


16-05-2018, 06:45. Разместил: djbaz
Qarabağ Regional Departamentinin yığıncağı keçirilib

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyi Qarabağ Regional Departamentinin növbəti yığıncağı keçirilib.Yığıncaq iştirakçıları öncə Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olmuş soydaşlarımızın ruhunu 1 dəq.sükutla yad ediblər.Departamentin rəhbəri, Qarabağ qazisi Rizvan Qasımov 2018-cilin 4 ayı ərazində həyata keçirdikləri tədbirlər haqda məlumat verib.
R.Qasımov qeyd edib ki, Regional Departamentin fəalları şəhidlərin anım mərasimlərini keçirir, imkansız ailələrə zəruri dəstəyi göstərməyə çalışırlar.O, rayon rəhbərliyinin "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyi Qarabağ Regional Departamentinə göstərdiyi diqqəti xüsusi olaraq vurğulayıb. Birliyin fəal üzvlərindən Nofəl Həsənli, Aqşin Hacızadə və başqaları qarşıda duran mühüm vəzifələrdən danışıblar.
Daha sonra təşkilati məsələlərə baxılıb.Qarabağ qazisi, Bərdə rayonunun Soğanverdilər kənd sakini Arif Qarayev Departament rəhbərinin müavini, Yeni Daşkənd kənd sakini, Qarabağ qazisi Aqşin Hacızadə Qarabağ Regional Departamentinin İctimaiyyətlə Əlaqələr şöbəsinə rəhbər təyin olunub. "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyi Qarabağ Regional Departamentinin rəhbəri, II dərəcəli müharibə əlili Rizvan Qasımov yeni qəbul edilən üzvlərə üzvlük vəsiqələrini təqdim edib.

Şamilə Şamilqızı,
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin II kurs tələbəsi

Qarabağ Regional Departamentinin yığıncağı keçirilib

Вернуться назад