DataLife Engine > Версия для печати > Hərbiçilərimizə qənim kəsilən DYP-nin əməkdaşı kimdir?
Главная > Gundem > Hərbiçilərimizə qənim kəsilən DYP-nin əməkdaşı kimdir?

Hərbiçilərimizə qənim kəsilən DYP-nin əməkdaşı kimdir?


16-05-2018, 06:38. Разместил: djbaz
Hərbiçilərimizə qənim kəsilən  DYP-nin  əməkdaşı kimdir?
Bu günlərdə Xüsusi Təyinatlı Qüvvələrin əməkdaşı Elnur . ..... Djb.az xəbərlər və informasiya saytına öz şikayətini bildirdi. Onu dinlədikcə xəcalət çəkdim, sən demə başqasının yerinədə utanmaq da nəsibimizdə var imiş.
Bu gün ölümün gözünə dik baxmağı bacaran, hər an düşmənlə üzbə-üz duran, ölümə meydan oxuyan, fərəhlə qəbul etməyi bacaran oğullarımıza göstərdiyimiz laqeydliklərə nə vaxt son qoyulacaq?
Nə üçün gününü səngərdə keçirən bu oğullara bizlər tərəfindən hələ də biganəlik var. Heç düşündünüzmü, axı onlar şəhidliyə imza atanlardır. Bu igidlər ölümə hər saniyə qucaq açan canlı əfsanələrdir. Bizlərdən bir nəfər hər gün səngərdə düşmənlə üzbə-üz durarkən bu gün yaşayıram sabah görəsən həyatda olacağamı deyəriksə bu duruma psixiloji nə qədər dözə bilərik heç düşündünüzmü?
Onlar isə hərbi geyimi geyindikləri gün and içirlər, hər döyüşə atılanda da Vətən sağolsun deyərək ölümü qucaqlayırlar.
Bu Vətən tək onların deyil axı, bizlərində sizlərində üzərinə bu Vətəni qorumaq düşür, hər kəs öz çalışdığı sahədə Vətənə xidmətini düzgün edərsə bu Vətən basılmaz. Amma çox təssüf ki, artıq insanlığ ölür, insanlığ ölərsə fəlakət olar.
Bu həyatda heç kim günahsız deyil o gün bəlkə də Elnurun günahı var idi onun idarə etdiyi avtomobilin yan şüşələrində pərdə olması qanun çərçivəsində olmamalı idi. Elnur bu iraqla razılaşaraq Elçin müəllimə bildirir ki, axı mən səngərdən baş qaldırmağa vaxtım olmur, elə isə bizi məlumatlandırın. Hərbiçilərimizin günü səngərdə keçir onlar hansısa qanunda olan dəyişikliyi, əlavəni bilməyə bilərlər. Onları düşündürən yalnız düşmənlə olan mübarizədir. Mən deyərdim onların günahı günahsızlıqlarldır. Mən hərbçimizi dinlədikdə onun istəyinin bu gün insanlara qarşı ədalətsiz olaraq gözü ağı-qaranı görməyən, hətta Hərbiçilərin pulu çoxdur deyən DYP nin davranışlarıdır.
Elnurla olan söhbətimiz əsnasında onun sanki hər kəsdən küsdüyünü hiss etdim.
O deyir.: Mən bu Vətəni qoruyacağıma and içmişəm ana, bacılarımızı torpaqlarımızı düşməndən qoruyacağıma and içmişəm, amma çox təssüf ki, belə insanların doğmaları üçün onlar üçün hər gün ölümün gözünə baxıram.
Xülasə mövzumuzun səbəbkarı Xaçmaz rayon yol polis inispektoru Hacıbalayev Elcin Bəybala oglunun kobudluğu insanlara qarşı olan etik olmayan davranışı və rüşvətxorluğu haqqında olan məlumatı oxucularımıza çatdırmaq istərdik.
Şəhidlik zirvəsinə ucalmağa addım atmağa hər an hazır olan Elnuru dinlədikdən sonra bizdə araşdırmalar apardıq. Bizə verilən məlumat demək olar ki öz təsdiqin tapdı. DYP inspektoru olaraq yaşayışı yaxşıdır deyərdim lap əladır. Xaçmaz rayonunun Heydər Əliyev prospektinin girişinin sağında iki obyekt, əlavə maşın yuyulan (moyka) obyekti. Demək ki, Elçin müəllim pis yaşamır, anca atalarda bir misal var "Ağac bar gətirəndə başın aşağı dikər" Şikayətçimizi incidən bilirsiz nədir? İnspektor Eçinin Hacıbalayev pul hərbiçilərdədir deməsi və açıq aşkar hərbiçinin alçaldaraq rüşvət istəməsidir. Elnur deyir: Mənim əmək haqqım DYP əmək haqqından yüksəkdir. Amma buna baxmayaraq mən ailə həyatı qura bilmirəm. Elçin Hacıbalayevin isə əmək haqqı hərbiçinin əmək haqqından az oldiuğu halda qızını unversitetdə oxutdurdu hələ Bakıda sayılıb seçilən restoranların birində kiçik qızına toyda etdi, sual doğurur bu pullar inspektorda hardandır?? Əldə etdiyi obyektləri hansı pullarla alıb?
Xudat, Nabran ərazisində yol polisi olan Elçin Hacıbalayevin adını hansı sürücüdən soruşsanız dilə gəlib deməsədə sifət mimikasından durumun nə yerdə olduğunu anlayarsınız. Deyilənlərə görə dəfələrlə haqsiz yerə protokollar tərtib edib. Bir sözlə Elçin H. haqqında deyirlər, Elçin bu yolların ağasıdır o hansı maşını saxlatdıraraq nə deyərsə onun dediyi öz təsdiqin tapmalıdır. Buda insanların çoxunun öz hüquqlarını bilməməsindən irəli gəlir.
Hərbiçimizi incidən də məhz budur o Elçin kimilərinin ailəsin qoruduğu halda haqsızlıqla üzləşdikdə, hörmətsizliklə qarşılaşdıqda belələrinin ailələrin qoruduğu üçün peşmançılıq keçirməsidir.
P.S. Mən inanıram ki, Xacmaz rayon yol polis idarəsinin rəisi Elşad Nəbiyev Elçin Hacıbalayevin "burda mənəm Bağdatda kor xəlifə" sevdasından məlumatsızdır. Əminəm ki, Elşad müəllim Xüsusi Təyinatlı E...... qarşı atılan haqqsızlığa və hörmətsizliyə aydınlıq gətirəcəkdir. DİN cənab R.Usubovun haqsızlığla apardığı mübarizənin dəfələrlə şahidi olmağım məni bu qənaətə gətirir ki, cənab nazir Vətəni qoruyan hərbiçiyə qarşı atılan bu addımı nə Elçin Hacıbalayevə nə də onun havadarlarına keçməyəcəkdir.

Almaz İlahə Əhmədova
Вернуться назад