Главная > Gundem > Prezident yol tikintisinə vəsait ayırdı

Prezident yol tikintisinə vəsait ayırdı


1-05-2018, 02:42. Разместил: djbaz
Prezident yol tikintisinə vəsait ayırdı


Prezident İlham Əliyev aprelin 30-da "Goranboy rayonunun Dəliməmmədli–Quşçular–Fəxralı–Qurbanzadə–Alpout avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

DJB.az xəbər verir ki, on iki min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli–Quşçular–Fəxralı–Qurbanzadə–Alpout avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Вернуться назад