Главная > Gundem > YIXILANA HƏR ZAMAN BALTA ÇALAN ÇOX OLUR

YIXILANA HƏR ZAMAN BALTA ÇALAN ÇOX OLUR


24-04-2018, 15:56. Разместил: djbaz
YIXILANA HƏR ZAMAN BALTA ÇALAN ÇOX OLUR
Azərbaycan Respublikasının prezidenti tərəfindən vəzifəyə təyin olunanları və yaxud işdən azad olunanları müzakirə etmək bizim üzərimizə düşmür. Sərəncamı cənab prezidentimiz İlham Əliyev verir. Kimi vəzifəyə təyin edib, kimi kənarlaşdıracaq qərarını da o, verir və səlahiyyətdə məhz ona məxsusdur. Səlim Müslümovun işdən kənarlaşması qərarı da Cənab prezidentimiz məsləhət bildi.
Sosial şəbəkədə müxtəlif şərh və yazılarla qarşılaşdım, kimisi onun vəzifədən getməsinə müsbət, kimisi isə mənfi fikir bildirir. Müsbət fikirlər azlıq təşkil etməsinə baxmayaraq mən də öz fikrimi sizlərlə bölüşmək istəyirəm.
İlk öncə onu bildirim ki, bizlər hər zaman yıxılana balta çalmağı sevirik. Bu birmənalıdır. Sanki bu illər ərzində nazir vəzifəsində olan Səlim Müslümovun saydıqlarınız nə əmlakından nə də pulundan xəbərdar deyildiniz.
Sadəcə olaraq bir insan vəzifədə olarkən danışmayanlar susmağa üstünlük verənlər, hətta sizdən yoxdur deyənlər bu gün müxtəlif fikirlər bildirirlər. Sizlərin nəzərinə çatdırmaq istərdim ki, bu gün bir kimsə vəzifədən kənarlaşması onun əlindən bütün səlahiyyətlərin alınması demək deyil. Ola bilər ki, təkrar daha da möhtəşəm bir vəzifəyə təyin olunsun. Onda sizlərin düşəcəyi durumu görmək istərdim. Bəlkə də dostlarım ya da oxucularımda sual doğuracaq görəsən Almaz xanım nədən hər kəsin tənqidlə yanaşdığı bir mövzuya bitərəf yanaşır. S. Müslümov nə mənim gohimum deyil, nə dostum, nə tanışım nə də yerlim. Sadəcə olaraq bu gün bir çoxlarının yanaşmasını qəbul etmədiyim üçün öz fikrimi yazdım . Mən demirəm ki, tənqid etməyin, tənqidi həmin səlahiyyətli şəxslər vəzifədə olarkən edin. O zaman sizin hər birinizə haqq qazandırardım.Yıxılana balta çalmaq asandır gəlin yıxılana dayaq duraq. Bu misalı S. Müslümovla bağlı söyləmirəm. Onun nə mənim ona dayaq olmağım üçün yazdığım 5 misraya ehtiyacı var nə də dizlərin qınağ nöqyəsinə çevirdiyiniz statuslarınıza. Onun kimi insanlar sadəcə vasitədir ki, insanlar bilsinlər büdrəyərlərsə onların qarşılaşacağı durum nə ola bilər.

Almaz İlahə
Вернуться назад