Главная > Gundem > Ermənistanda etirazlar Gümrüyə çatdı

Ermənistanda etirazlar Gümrüyə çatdı


18-04-2018, 16:06. Разместил: djbaz
Ermənistanda etirazlar Gümrüyə çatdı
Ermənistanın Gümrü şəhərində polis və Serj Sarkisyanın baş nazir seçilməsinə etiraza edənlər arasında toqquşma baş verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə GALA nəşri yazır.

Məlumata əsasən, etirazçılar şəhərin mərkəzi küçələrini bağlamağa cəhd ediblər, lakin polis onların qarşısını alıb.

Etiraz aksiyaları Şirak vilayətinin inzibati binalarının və təhsil ocaqlarının qarşısında baş verib.

Mitinq iştirakçıları məktəblilərin etiraz aksiyasına qoşulması üçün məktəbin qapısını açmağı tələb ediblər.
Вернуться назад