Главная > Gundem > Xaricdə yaşayan soydaşlarımız səsvermə fəal iştirak ediblər

Xaricdə yaşayan soydaşlarımız səsvermə fəal iştirak ediblər


12-04-2018, 02:29. Разместил: djbaz
Xaricdə yaşayan soydaşlarımız səsvermə fəal iştirak ediblər



Ölkə daxili ilə yanaşı, xaricdə də səsvermə aktiv şəkildə həyata keçirilib.


Xezerxeber.az-ın məlumatına görə, səsvermə prosesi qonşu Türkiyədə də aktiv bir şəkildə keçirilib. Türkiyədə yaşayan həmvətənlərimizin səsvermədə iştirakı üçün diplomatik nümayəndəliklərdə məntəqələr yaradılıb.


Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev səsvermədə iştirak edib. Bursa, İzmir və bir çox şəhərlərdə yaşayan həmvətənlərimizin səsvermədə iştirakı üçün xüsusi avtobuslar təşkil olunub.


Səsvermədə Ankara və ona yaxın şəhərlərdə yaşayan səfirlik qeydiyyatında olan 728, konsulluq qeydiyyatında olan 906 vətəndaş iştirak edib. Məntəqələrin girişinə seçicilərin adlarının yer aldığı lövhələr də vurulub. Vətəndaşlar xarici pasportlarını təqdim edərək səsvermədə iştirak ediblər.


Qonşu ölkələrdə və xüsusilə Baltikyanı ölkələrdə yaşayan bəzi vətəndaşlarımız da öz səsvermə hüquqlarından İstanbulda istifadə ediblər.


Türkiyə ilə yanaşı, Rusiyanın paytaxtı Moskavada da seçici fəallığı müşahidə olunub. Rusiyadakı səfirliyimizin binasında təşkil edilən səsvermə Moskva vaxtı ilə saat 8-də başlayıb. Səfirilik binası daxilində açılan seçki məntəqsəi 17 saylı Yasamal üçüncu seçki dairəsinin 47 saylı seçki məntəqəsi olaraq fəaliyyət göstərib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səfirlikdə açılan seçki məntəqəsində səs verib.


Ümumilikdə məntəqədə 1499 nəfər qeydiyyatdadır.
Вернуться назад