Главная > Gundem > AVCİYA: Səsvermə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb

AVCİYA: Səsvermə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb


12-04-2018, 02:25. Разместил: djbaz
AVCİYA: Səsvermə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb



Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycanda bu gün keçirilən prezident seçkilərində apardığı monitorinqin nəticələrini açıqlayıb.

DJB.az-ın xəbərinə görə, AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, təşkilat tərəfindən 4 min müşahidəçi ilə seçki prosesinin monitorinqi təşkil edilib.
Müşahidə 3 mərhələdə aparılıb və heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb.
"Bəzi seçki məntəqələrində cüzi texniki çatışmazlıq olub ki, bu, seçkinin nəticələrinə təsir etməyib. AVCİYA seçkilərin demokratik, şəffaf, ədalətli keçdiyini, ölkədə ictimai-siyasi vəziyyətin daha sabit və təhlükəsiz olduğunu bildirir", - deyə M, Zülfüqarlı bildirib.
M. Zülfüqarlı qeyd edib ki, seçici fəallığı təxminən 65-66 faiz arasında olub.
Вернуться назад