Главная > Gundem > ƏMƏLİ İLƏ SEVİLƏN XANIM KÖNÜL AYXAN

ƏMƏLİ İLƏ SEVİLƏN XANIM KÖNÜL AYXAN


7-04-2018, 14:24. Разместил: djbaz
ƏMƏLİ İLƏ SEVİLƏN XANIM KÖNÜL AYXAN
Bu gün çox dəyər verdiyim bir xanımın ad günüdür. Bu gözəl xanımı bir çoxlarından fərqləndirən xarakterləri onu mənə sevdirdi.
Dürüstlüyü, mərdliyi, sadəliyi, səmimiyyəti bir də bəzi kişilərdə olmayan qeyrəti.
Könülü sosial şəbəkədən tanıyırdım. Həmişə dolğun, səlist, düzgün yanaşması, ağa-ağ, qaraya-qara deyə bilməsi, haqqsızlıqla mübarizəsi, məzlumun yanında olması bu xanımı mənə artıq sevdirmişdi. Tez-tez müxtəlif tədbirlərdə yığıncaqlarda bir süfrədə əyləşdik hər dəfəsində mən bu xanımı incələdim. Bəli, mən yanılmamışdım dürüst bir qız idi. Bir gün sosial şəbəkədə məşhur idmançımızın ağır durumda olduğunu yazdı və onu xəstəxanaya müayinəyə aparacağını qeyd etdi. Kimin onunla xəstəxanaya gedə biləcəyini sordu. Sabahısı biz görüşdük. Onun necə böyük bir qəlbə sahib olduğunun bir daha şahidi oldum. Hörmətim hədsiz hüdudsuz oldu. Düzdür onun nə mənim, nə də bir başqasının tərifinə ehtiyacı yoxdur. Amma mən bildiklərimi yazmağı özümə borc bildim. Könül xanım bəziləri kimi etdiyi yardımları sosial şəbəkədə reklam etmir. Bir əlin verdiyin bir başqa əl bilməz deyir. Etdiyi yardımdan qarşısındakı insan utanmasın deyə o haqqda heç kimə deməz. Amma onun etdiyi yardım haqqında mənə həmin insanlar şəxsən özləri danışıb. Bu qədər gənc olasan amma əməllərin müdrik,ağıllı qocaman olsun. Bu da bizim Könül.
Canım Könül tez-tez görüşməsəkdə, danışmasaqda mənim qəlbimdə xüsusi yerin var. Bu gün yanında olmasamda qəlbimdə olmusan. Bilirsən son günlər çox tədbirlər var. Yalnız indi vaxt tapa bilmişəm. Sənə qadın xoşbəxtliyi arzu edirəm, bir olan Ayxanını Allah sənə min budaq etsin. Gözəl insan, gözəl ana, gözəl dost, sədaqətli və güvəniləsi həyat yoldaşı.
Bağışla təbrikim fərqli oldu ürəym dolu idi.

Hörmətlə Almaz ilahə
Вернуться назад