Главная > Gundem > Allah ziyarətimizi qəbul eləsin!

Allah ziyarətimizi qəbul eləsin!


30-03-2018, 08:51. Разместил: djbaz
Allah ziyarətimizi qəbul eləsin!
31 mart-Dünya Azərbaycanlılarının soyqırım günü ilə əlaqədar Quba Soyqırım Memorial Kompleksini bir neçə dəfə ziyarət etmişik.1918-ci il martın 31-i aprelin 2-si arası burda dinc əhali sağ ikən, işgəncələrlə öldürülüb, toplu şəkildə basdırılıb."Dəfn olunub" sözünü qəsdən yazmadım. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın tapşırığına əsasən məzarlıqda tikinti-abadlıq işləri aparılıb. Lakin, 2 məzarlıq vaxtında tədbir görülmədiyindən məhv olub.
Bu şəkli biz 4 il öncə Quba məzarlığında çəkdirmişik. "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin və Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə getmişdik bu ziyarətə.Fürsətdən istifadə edərək,tədbirin baş tutmasına dəstək göstərmiş insan- Milli Məclisin deputatı Flora xanım Qasımova və onun köməkçisi, şəhid övladı, şair Səbuhi Gündüzə təşəkkür edirəm. Birliyin sədri, Xankəndi şəhərindən məcburi köçkün Xatirə xanım Vəliyevaya, Xankəndi şəhər 4 nömrəli tam məktəbin direktoru Nazim Xudiyevə təşəkkür edirəm.
2018-ci il martın 31-də isə, Abşeron Təhsil şöbəsinin, Xırdalan şəhərində fəaliyyət göstərən "Ulduz" hazırlıq kurslarının və "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin birgə təşkilatçılığı ilə həmin məzarlıq məzarlıq ziyarət olunacaq.
Azərbaycan xalqı, dünyanın tərəqqipərvər insanları 100 il öncə baş vermiş erməni vəhşiliyini unutmamalıdır.


Şamil Sabiroğlu,
Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri,
"fact-info.az" və "xebertv.az" saytlarının redaktoru.

Allah ziyarətimizi qəbul eləsin!

Вернуться назад