Главная > Gundem > Birinci vitse-prezident Mehriban Əliyeva bir sıra görüşlər keçirib

Birinci vitse-prezident Mehriban Əliyeva bir sıra görüşlər keçirib


16-03-2018, 01:30. Разместил: djbaz
Birinci vitse-prezident Mehriban Əliyeva bir sıra görüşlər keçirib



Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Baş naziri Binəli Yıldırım, İtaliya Senatının vitse-prezidenti və ELPİDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti ilə görüşlər keçirib.

Djb.az-ın məlumatına görə, Türkiyənin Baş naziri Binəli Yıldırımla görüşən Mehriban Əliyeva ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin nümunəvi olduğunu, Azərbaycanda bu münasibətlərə böyük hörmətlə yanaşıldığını bildirib. Azərbaycan və Türkiyənin bir-birini beynəlxalq qurumlarda dəstəklədiyini qeyd edən Mehriban Əliyeva Azərbaycan xalqının və dövlətinin bu dəstəyi hər zaman duyduğunu və yüksək qiymətləndirdiyini vurğulayıb.


Mehriban Əliyeva bildirib ki, iki ölkə arasında bir çox sahələrdə uğurlu əlaqələr qurulub.


Birinci vitse-prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin ölkəmizin ədalətli mövqeyini müdafiə etməsinə və dünya ictimaiyyətinə çatdırmasına görə minnətdarlığını bildirib. Mehriban Əliyeva Azərbaycan və Türkiyə xalqları arasında dostluq münasibətlərinə heç nəyin xələl gətirə bilməyəcəyini vurğulayıb.

Türkiyənin Baş naziri VI Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirərək Azərbaycanın Türkiyə üçün qardaş və dost ölkə olduğunu deyib. Binəli Yıldırım qardaşlıq münasibətlərinin ildən-ilə daha da möhkəmləndiyini vurğulayıb. Türkiyənin Baş naziri, reallaşdırılan irimiqyaslı enerji və nəqliyyat layihələrinin iki ölkənin iqtisadi gücünü artırdığını, həm də ölkələrin bir-birinə yaxınlaşmasına xidmət etdiyini bildirib. Türkiyənin Baş naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini bütün beynəlxalq qurumlarda hər zaman dəstəkləyəcəklərini söyləyib.


Birinci vitse-prezident, həmçinin İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzilotta ilə görüşüb. Görüşdə VI Qlobal Bakı Forumunun önəmi vurğulanıb, bu Forumda müzakirə olunan məsələlərin dünyada gedən proseslərə müsbət təsir göstərdiyi və ona marağın getdikcə daha da artdığı bildirilib.


Mehriban Əliyevanın ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti, xanım Marianna Vardinoyannis ilə görüşü olub. Görüşdə Forumun artıq beynəlxalq platformaya çevrildiyi qeyd edilib, bu tədbir çərçivəsində müzakirə edilən mövzuların əhəmiyyəti vurğulanıb.
Вернуться назад