Главная > Gundem > ATƏT PA sədri Fəxri və Şəhidlər xiyabanında

ATƏT PA sədri Fəxri və Şəhidlər xiyabanında


12-03-2018, 19:22. Разместил: djbaz
ATƏT PA sədri Fəxri və Şəhidlər xiyabanında




Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli martın 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən qonaq ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ATƏT Parlament Assambleyasının sədrinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Вернуться назад