Главная > Gundem > Kuba və Əfqanıstan prezidentləri İlham Əliyevə məktub göndərdi

Kuba və Əfqanıstan prezidentləri İlham Əliyevə məktub göndərdi


12-03-2018, 19:16. Разместил: djbaz
Kuba və Əfqanıstan prezidentləri İlham Əliyevə məktub göndərdi



Kuba Respublikasının Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rus Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

XəzərXəbər-in xəbərinə görə, məktubda deyilir:

"Cənab Prezident. Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən və insanların ölümünə səbəb olan yanğın barədə xəbər məni dərindən kədərləndirib. Mən Sizə və yanğın qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verirəm. Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”.

Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani də İ. Əliyevə başsağlığı verib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident. Bakıda insanların həlak olması və xəsarət alması ilə nəticələnən yanğın hadisəsi barədə xəbər məndə dərin təəssüf və kədər hissi doğurdu. Zati-aliləri, bu ağrılı hadisə ilə bağlı əfqan xalqı adından Sizə və dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu faciəvi hadisədə əzizlərini itirmiş ailələrin yanında olduğumu və onların kədərini bölüşdüyümü bildirirəm. Xəsarət alanların tezliklə sağalmalarını diləməklə yanaşı, Zati-aliləri, Sizə cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzulayıram”.
Вернуться назад