Главная > Gundem > Zakir Həsənovdan tapşırıq: Ön cəbhədə... - Foto

Zakir Həsənovdan tapşırıq: Ön cəbhədə... - Foto


20-02-2018, 13:14. Разместил: djbaz
Zakir Həsənovdan tapşırıq: Ön cəbhədə... - Foto
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən hərbi qulluqçuların hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtının daha səmərəli keçirilməsi məqsədilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat dəstəsi tərəfindən ön xətt bölmələrində mədəni-kütləvi tədbirlər keçirilib.

MN-dən Kult.az-a verilən məlumata görə, düşmənlə təmas xəttində yerləşən bölmələrdə keçirilən görüşlərdə müxtəlif mövzularda söhbətlər aparılaraq şəxsi heyət üçün musiqili proqramlar təqdim olunub və vətənpərvərlik filmləri nümayiş etdirilib.

Tədbirlər zamanı ASAN Xidmətin təşkilatçılığı ilə “Əsgərə məktub” layihəsi çərçivəsində orta məktəb şagirdlərinin hərbi qulluqçulara yazdıqları məktublar oxunub və hərbçilər tərəfindən cavablandırılıb.
Zakir Həsənovdan tapşırıq: Ön cəbhədə... - Foto
Zakir Həsənovdan tapşırıq: Ön cəbhədə... - Foto

Вернуться назад