Главная > Gundem > AVROPA QAZETEÇİLƏR DƏRNƏYİNİN MÜŞAVİRİ KÖNÜL AYXANIN DEDİKLƏRİNDƏN

AVROPA QAZETEÇİLƏR DƏRNƏYİNİN MÜŞAVİRİ KÖNÜL AYXANIN DEDİKLƏRİNDƏN


13-02-2018, 09:06. Разместил: djbaz
AVROPA QAZETEÇİLƏR DƏRNƏYİNİN MÜŞAVİRİ KÖNÜL AYXANIN DEDİKLƏRİNDƏN
"Keçiriləcək prezident seçkilərində bir neçə adam namizədliyini irəli sürür.Ancaq həmin namizədlərin arasında Prezidentliyə İlham Əliyevdən daha layiqlisini görmürəm ..."

DJB.AZ xəbər verir ki, bu sözləri Avropa Qəzetəçilər Dərnəyinin (AQD)müşaviri Könül Ayxan prezident seçkiləri ilə bağlı öz fikirlərini bildirərkən deyib.

Könül Ayxan bildirdi ki, Ölkədə prezident seçkilərində qalib gələ biləcək başqa namizəd yoxdur.
"Hər bir kəs istəyir ki, yaşadığı ölkədə ictimai-siyasi sabitlik davamlı olsun, qarşıdurmalar olmasın. Xalqı çaxnaşmalara, qarşıdırmalara sövq edən kəsləri də gördük.Və anladıq ki,ölkəni idarə edəcək layiqli başqa birisi yoxdur.
Növbəti prezident seçkilərində dövlətimizin başçısı cənab İlham Əliyevi ideal namizəd görürəm.
Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub.
Əfsuslar olsun ki,ölkəni digər ölkələrdə nüfuzdan salmaq istəyənlər sapı özümüzdən olan baltalardır.
Xalqımızın, dövlətimizin qüdrəti və birliyi naminə hər kəsi növbəti prezident seçkilərində Cənab Ali Baş Komandan, İlham Əliyevə səs verməyə səsləyirəm."
Вернуться назад