Главная > Gundem > RUHUM QƏDƏR DOĞMA OLANIM

RUHUM QƏDƏR DOĞMA OLANIM


29-01-2018, 11:00. Разместил: djbaz
RUHUM QƏDƏR DOĞMA OLANIM
Həyatmı qəribədir yoxsa biz insanlar? Bəzən doğmamızdan belə yaxın olan insanlar olur həyatımızda. İnsanın doğmalaşması üçün genetik bağlılığ lazım deyil. Bəzən elə olur ki, bir insan ruhuna o qədər doğma gəlir ki, düşünürsən mən bu insanı illərlədir tanıyıram. Bəzəndə illərlə tanıdığın birisi lap doğman olsun bir ömür sənə yad olar.
Solmaz Şirvanlı ilə tanışlığıma sosial şəbəkə vasitəçi oldu. Bir gün əl telefonuma musiqi ilə yazılmış bir şeir göndərdi. Bu şeir dəyərli şairəmiz Yasəmən Qəyyumluya aid idi. İlahəmə aid olan şeir Solmaz xanımı o qədər təsirləndirmişdi ki, onu səsli deyərək mənə hədiyyə etdi. O gündən daha da doğmalaşdıq. Beləcə bu xanıma bir ana məhəbbətim yarandı. İlk günlər ona bacı müraciət edirdim, sonra dedim bilirsiz mənim anamında adı Solmazdır. Sonra bilmədən bir gün ona anam dedim və anam kimi doğmam bildim. Belə iki analı bəxtəvər oldum. Hər iki anam İlahə adını çəkəndə içilərindən bir ah gələr ki, sanki yeri göyü yandırar. Qəmli notlarla başlasamda Solmaz Şirvanlını sevmə səbəbimi oxucularıma bildirməliydim. Onun yaradıcılığından söz açmağa gəldikdə deyə bilərəm ki, Solmaz xanımın öz dəsti xətti var. Qəlbləri riqqətə gətirə biləcək şeirlər müəllifidir. Bəzən sözləri ilə insanı saatlarla düşünməyə vadar edir, bəzənsə şerlərini oxuduqca sanki başqa bir dünyaya səyahət edirsən. Sadə, həzin bir mahnıya bənzəyir onun şeirləri.
Bu gün mənə anam qədər doğma olan Solmaz Şirvanlının ad günü şad günüdür. Bəlkə də o, keşməkeşli həyat yoluna nəzər saldıqda ad gününü şad gün kimi qəbul etmir, amma məncə bu gün o oxucuları tərəfindən sevilirsə, yazdığı şeirli səbirsizliklə gözləyən oxucu kütləsi qazanıbdırsa sevinməyə və yaşamağa dəyər.
Əzizim Solmaz ana sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, sizə can sağlığı Allahın bəxş etdiyi ömrü sağlam yaşamağınızı uca Rəbbimizdən diləyirəm. Sizə yaradıcılığ uğurları, yeni-yeni əsərlərin müəllifi olmanızın arzulayıram.
Nil çayı heç zaman qurumur, ömrünüz Nil çayı kimi axarlı olsun. Ayla günəş bir-birindən ayrılmadığı kimi Solmaz ana sizdə sevənlərinizdən ayrılmayasınız.

Almaz İlahə
RUHUM QƏDƏR DOĞMA OLANIM
RUHUM QƏDƏR DOĞMA OLANIM
RUHUM QƏDƏR DOĞMA OLANIM
RUHUM QƏDƏR DOĞMA OLANIM
RUHUM QƏDƏR DOĞMA OLANIM
RUHUM QƏDƏR DOĞMA OLANIM
RUHUM QƏDƏR DOĞMA OLANIM
RUHUM QƏDƏR DOĞMA OLANIM

Вернуться назад