Главная > Gundem > 20 Yanvar - müstəqilliyə gedən yolda ilk sınaq

20 Yanvar - müstəqilliyə gedən yolda ilk sınaq


20-01-2018, 20:03. Разместил: djbaz
20 Yanvar - müstəqilliyə gedən yolda ilk sınaq
Yanvarın 19-da Qafqaz Media İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş “20 Yanvar-bizim müstəqilliyimizi bəyan etdi!” mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub.
AZƏRTAC xəbər verir ki, anım mərasimində 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olunub.
İctimai Birliyin sədri Azadə Hüseynova vurğulayıb ki, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Sovet imperiyası rəhbərliyinin 20 Yanvar faciəsini törətməkdə məqsədi Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin qarşısını almaq, milli azadlıq hərəkatına zərbə vurmaq idi. Tariximizə qanlı faciə kimi daxil olan bu hadisə istiqlaliyyət, suverenlik və müstəqillik uğrunda ayağa qalxmış Azərbaycan xalqının apardığı mübarizənin şərəfli səhifəsidir.
Tədbirdə Bakı Dövlət Universitetinin professoru Knyaz Aslan, yazıçı-publisist Müşfiq Borçalı, şair Zərəngiz Dəmirçi Qayalı, rejissor Elgün Seyidzadə və başqaları həmin müdhiş gecədə həlak olan oğul və qızlarımızın Azərbaycanın tarixinə parlaq səhifə yazdığını, xalqımızın milli azadlığı və müstəqilliyi üçün yol açdığını söyləyiblər.
Natiqlər 20 Yanvar faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini vurğulayıblar.
20 Yanvar hadisələrini unutmamağı, bu hadisələrdən dərs almağı və məktəblərdə bu mövzuda söhbətlər aparmağın vacib olduğunu tövsiyə ediblər.
Вернуться назад