Главная > Gundem > Ağır vəziyətdə olan kimsəsiz xəstəni Xeberekspress.az 3 saylı şəhər klinik xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirdi.

Ağır vəziyətdə olan kimsəsiz xəstəni Xeberekspress.az 3 saylı şəhər klinik xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirdi.


11-01-2018, 09:12. Разместил: djbaz
Ağır vəziyətdə olan kimsəsiz xəstəni Xeberekspress.az 3 saylı şəhər klinik xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirdi.
Uzun müddətdir " Şəkər " xəstəsi olan Azad, Paytaxtın Nərimanov Rayonu Montin qəsəbəsində kirayədə yaşayır.

Çoxdandır ağır "Şəkər " xəstəsi olan kimsəsiz Azad, bir tikə çörək puluna görə Dərnəgüldə "Fəhlə " bazarında çalışırmış. Işlediyi "Bazarda " fəhlə yoldaşları arasında hörmət qazanmış Azadın, neçə müddətdir işə gəlmədiyini görən yoldaşları, bunun səbəbini öyrənmək üçün Azadın kirayədə yaşadığı mənzilə yollanırlar. Yoldaşların qarşılaşdığı durum, dözülməz və ürəklər sızladan olur. Onlar yoldaşlarının çox ağır vəziyyətdə olduğunu görürlər. "Fəhlə " yoldaşlar bir neçə gün Azada əllərindən gələn köməyi göstərirlər. Maliyyə sarıdan özləri çətinliklə yaşayan dostlar, ağır şəraitdə və dözülməz xəstəliklə üz üzə qalan xəstə yoldaşlarına müəyyən yardımı göstərsələr də, lakin günü gündən dahada pisləşən Azadın halı heçdə yaxşı olmurdu. Nəhayət yoldaşlar Xeberekspress.az olaraq bizə bildirdilər ki, Azadla yaxından maraqlanaq və onun həyatda qalması üçün əlimizdən gələn köməkliyi göstərək. Biz də Xeberekspress.az olaraq öz çəkiliş qrupumuzla anında xəstənin yaşadığı ünvana yollandıq. Doğrudanda qarşılaşdığımız durum ürəkləri dağlayan oldu. Ağır vəziyyətdə olan Azadın həm sosial həm də səhhəti heçdə qənaət bəxş deyildi. Sizə təqdim edəcəyimiz fotolarda da bu öz əksini tapmışdır. Xəstəmizlə xeyli söhbətdən sonra, belə bir qərara gəldik ki, onu xəstəxanaya yerləşdirək. Beləliklə biz "Təcili tibbi yardıma " zəng vurub, durumu onlara bildirdik və xəstənin təcili olaraq xəstəxanaya yerləşdirilməsini xahiş etdik. Xeberekspress.az ın zəngindən dərhal sonra Təcili tibbi yardım maşını anında qeyd etdiyimiz ünvana gəldi. Beləliklə ağır vəziyyətdə olan xəstəni Tibb işçilərinin köməyilə, 3 Saylı Şəhər Kliniki Xəstəxanasının Cərrahiyyə şöbəsinə götürdük. Xəstəxananın Baş həkimi Fikrət Zeynalov məlumat alan kimi, dərhal özü xəstəylə yaxından maraqlanıb, xəstənin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ilk Tibbi yardımın göstərilməsi üçün bütün həkimlərə öz göstəriş və tapşırıqlarını verdi. Ilkin olaraq xəstənin irinləmiş və üfunətli ayaqları lazımi dərmanlarla yuyularaq sarındı. Daha sonra xəstəyə bütün lazımi tədbirlər görüldükdən sonra, sözü gedən xəstəxananın Baş həkimi Fikrət Zeynalov şəxsən özü Xeberekspress lə birlikdə xəstəni yerləşdiriləcəyi palataya götürdülər. Hər cür sanitar qaydalara uyğun olan, işıqlı, geniş və təmiz palatalardan birinə xəstəmizi yerləşdirdikdən sonra, arxayın halda xəstəxanadan çıxdıq. Biz Xeberekspress.az olaraq 3 Saylı Şəhər Kliniki Xəstəxanasının Cərrahiyyə şöbəsinin bütün həkim kollektivinə və başda şəxsən xəstəxananın baş Həkimi Cənab Fikrət Zeynalova öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Səhiyyəmizdə Cənab Fikrət Zeynalov kimi həkimlərin sayının çox olmasını arzu edirik.

Ardı var!

Hazırladı :Baş redaktor Ruhiyyə Eldarqızı
xeberekspress.az

Вернуться назад