Главная > Gundem > Alpaqut Federasiyanın Prezidenti Aqil Acalov Böyük şəxsiyyət xalq şairi Zəlimxan Yaqubov haqqında danışdı.

Alpaqut Federasiyanın Prezidenti Aqil Acalov Böyük şəxsiyyət xalq şairi Zəlimxan Yaqubov haqqında danışdı.


10-01-2018, 16:44. Разместил: djbaz
Alpaqut Federasiyanın Prezidenti Aqil Acalov Böyük şəxsiyyət xalq şairi Zəlimxan Yaqubov  haqqında danışdı.

Bu gün Zəlimxan Yaqubun anım günüdür.
Zəlimxan Yaqub xalqın içindən olan, həyatını xalqa bağlayan əsl xalq şairi idi. Zəlimxan Yaqub doğma türkçəmizdə yazan, dilimizi yaşadan əsl türkçü idi.
Zəlimxan Yaqub canlı tarix idi, dünənlə bu günün, keçmişlə gələcəyin körpüsü idi.
Zəlimxan Yaqub vətəndaş-şair idi, içindəki vətən yanğısı, vətən sevgisi ilə sinəsi sözlə dolu idi. Sinədəftər idi, Allah vergisi idi onun şeiriyyəti, poeziyası.
Zəlimxan Yaqub yaradıcılığında türk dünyası, türkçülük çox böyük yerə sahibdir.
Zəlimxan Yaqub böyük şəxsiyyət, xalq şairi olması ilə yanaşı, yaxın bir qohumum kimi də hər zaman mənim üçün dəyərli bir insan olub. Çox təəssüf ki, bu böyük insan bu gün aramızda yoxdur.
Artıq bir ildir ki, ürəyi Azərbaycan üçün, Azərbaycançılıq üçün döyünən böyük şairimiz aramızda yoxdur. Artıq bir ildir ki, onun qələmindən çıxan yeni şeirlərlə tanış olmaq, Allah vergisi olan gözəl şeir söyləmək qabiliyyəti sayəsində xalq şairi ilə şeiriyyəti ruhumuzda hiss etməkdən mərhumuq. Amma 2 il yox, 10 illər, yüz illər keçsə də, yazıb-yaratdıqları yaşayacaq, nəsillərdən-nəsillərə ötürüləcək, Azərbaycan poeziyasının unudulmaz adlarından birinə çevriləcək. Hər zaman ürəklərdə yaşayacaq!

Nuranə Abdullayeva
Вернуться назад