Главная > Gundem > Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılması tələb olunur

Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılması tələb olunur


7-12-2017, 14:58. Разместил: djbaz
Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılması tələb olunur
“Biz Rusiya telekanallarının Ermənistan ərazisində yayımının qadağan olunmasını istəyirik”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu bəyanatla “Ermənistan dövləti naminə cəbhə” çıxış edib.

Bəyanatda bildirilib ki, Rusiya telekanalları Ermənistan Konstitusiyasını aşağılayır. “Cəbhə” “RTR-Planeta”, “Pervıy kanal” və “Mir” telekanllarının Ermənistanda yayımı ilə bağlı lisenziyanın ləğvini tələb edib: “Həmin səbəbdən “NTV”, “Zvezda”, “RenTV” və kabellə yayımlanan Rusiyanın bütün telekanallarının lisenziyasının fəaliyyətinin dayandırılmasını tələb edirik”.
Вернуться назад