dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyəyə yardım edən ilk ölkə Azərbaycan olub

Türkiyəyə yardım edən ilk ölkə Azərbaycan olub


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Kahramanmaraş Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ olub. Zəlzələ Maraşla yanaşı, Hatay, Adana, Qaziantep, Malatya, Kilis, Adıyaman, Diyarbəkir, Şanlıurfa və Osmaniyedə də hiss olunub.

Təbii fəlakət qardaş ölkədə böyük itkilərə və dağıntılara səbəb olub. Türkiyəyə zəlzələyə görə dünyanın müxtəlif ölkələrindən humanitar yardım gəlməyə başlayıb.

"CNN Türk"də yer alan məlumata görə, yardım üçün müraciət edən ilk ölkə Azərbaycan olub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməyə hazırlaşdığını açıqlayıb.

Oxunub: 139
Oxşar xəbərlər
SON XƏBƏRLƏR