dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid Orxan Əsgərov sabah dəfn ediləcək

Şəhid Orxan Əsgərov sabah dəfn ediləcək


Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun Bakının Yeni Yasamal qəsəbəsindəki evində yas mərasimi keçirilir.

“Qafqazinfo”nun mərasimdə iştirak edən əməkdaşlarının məlumatına görə, mərhumun yaxınları bildiriblər ki, dəfn mərasimi sabah keçiriləcək və şəhid Orxan Əsgərov II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Şəhidimizin nəşinin bu gün axşam saatlarında İrandan Azərbaycana gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, terror aktı nəticəsində daha iki nəfər yaralanıb, vəziyyətləri qənaətbəxşdir.

Oxunub: 150
Oxşar xəbərlər
SON XƏBƏRLƏR