dini radikalizm və ekstremizmlə mübarizə

AZAL Bakıdan Astanaya uçuşlara başlayır

AZAL Bakıdan Astanaya uçuşlara başlayır


“Azərbaycan Hava Yolları” QSC (AZAL) martda Bakıdan Qazaxıstanın paytaxtı Astanaya uçuşlar yerinə yetirməyə başlayacaq.

Bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, aviareyslər martın 16-dan etibarən həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Astanaya uçuşlar bazar ertəsi və cümə axşamı, əks istiqamətdə isə uçuşlar çərşənbə axşamı və cümə günləri baş tutacaq.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq. Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilərlər: https://www.azal.az/az/information/covid-kazakhstan.

Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.

Xatırladaq ki, martın 17-dən etibarən AZAL Bakıdan Qazaxıstanın daha bir böyük şəhəri, Almatıya (həftədə iki dəfə) reyslər yerinə yetirməyə başlayır. Hazırda isə AZAL-ın tərkibinə daxil olan “Buta Airways” şirkəti Bakı-Aktau-Bakı marşrutu üzrə (həftədə üç dəfə) uçuşlar həyata keçirir.

Oxunub: 168
Oxşar xəbərlər
SON XƏBƏRLƏR