dini radikalizm və ekstremizmlə mübarizə

Elxan Çıraxlının söz dünyasından

Elxan Çıraxlının söz dünyasından

Beynimin yükü

Həftənin qrafik üzrə müəyyən günlərində işdə oluram. İstirahət günlərimdə isə yorğunluqlardan, beynimdəki ağır yüklərdən azad olmaq üçün asudəliyə, fərqli müvəqqəti həyata qapanmaq istəyirəm. Ən azından yorğunluğu aradan qaldırmaq üçün. O düşüncə ilə bu gün evdən çıxıb parkda sərbəst şəkildə müvəffəqəti, sakit bir həyat tərzi keçirmək istədim. Hərçənd ki, belə gəzintini hər zaman xoşlamışam, özü də çiskinli bir havada. Onu da bildirim ki, bu mənim üçün ki, bir romantlikadır. Uşaqlıqdan, səbəbini deyə bilmirəm nəyə görə ,amma hər zaman belə havanın vurğunu olmuşam. Qarşıma ilk çıxan isə küçə təmizliyi ilə məşğul olan, halal zəhmətləri hesabına çörək qazanan sadə insanlar oldu. Burada da bal satan bir nəfərin məhsulunu satmaq üçün az əmək haqqı alan təmizlik işçisinin üstünə düşməsinin şahidi oluram. Hiss edirəm ki, xanım əməkdaş maddi imkansızlığa görə, evdə varımızdır"- deyib qızararaq mal almaqdan yayınır. Axı, onların aldığı əmək haqqının az olması hər kəsə bəllidir. Bu mənzərəni görüb özüm də məyyus oldum. İlk rastlaşdığım mənzərəni də düşüncələrimə əlavə edib parka getmək üçün avtobusa minirəm. Oturacaqda bir uşaqlı qadına yer vermək məcburiyyətində qalıram. Balaca uşaq təbəssümlə üzümə baxır. Dayanacaqda düşəndə isə, uşaq şıltaqlığılı isə mənə minnətdarlıq üçün əl edir. İstirahət etmək üçün çiskinli havada bir az parkda gəzişirəm. Çalışıram beynimə yüklənənlərdən bir az azad olum, asudə vaxt keçirim. Nə düşündüyümü dilə gətirməkdə çətinlik çəkirəm. Bir onu bilirəm ki beynimə yüklənənlər hələ də mənə rahatlıq vermir, yorur, onlardan azad olmağa çalışıram. Gəzişirəm xeyli. Quşlar da bir yerə toplaşaraq dimdikləri ilə torpağı döyəcləyərək özlərinə yem axtarırlar. Bu da maraqlı bir mənzərədir. Hava yağışlı olduğundan parkda adamların sayı da azdır. Düşünürəm ki, yəqin ki, burdakı insanlar da mən xarekterdə olanlardır. Çiskinli hava şəraitini xoşlayırlar. Bir müddət gəzişiriəm. Özümə həmsöhbət axtarıram. Xəyalımdan nələr keçmir.. Bir az rahatlıq tapıram. Ən azından hər gün getdiyin yoldan, gündəlik gördüyüm insanlardan və işlərdən bir az uzaq oluram. İndi isə evə getmək zamanıdır. Avtobus gözləyirəm. Arxa oturacaqda boş yer olduğundan orada əyləşirəm. Bir qadının avtobusun arxa qapısının yay mövsümü üçün nəzərdə tutulan ,amma mövsüm dəyişdiyindən hələ də açıq qalmasından şikayətlənir. Külək yağış damcılarını avtobusda oturanların üzünə çırpır. Soyuq havada salondakılar da üşüyür.
Qadının baş verənləri avtobus sürücüsünün üzünə birbaşa kobud şəkildə bildirməsi hələ də qulağımdan getmir.

Nə deyim. Mənim də ürək xoşluğu ilə düşündüyüm istirahət günü də bu gün üçün belə bitdi.

Qəlbində şübhələr qalmasın sənin

Niyə qısqanırsan, de görüm məni?!
Axı bir kimsədə mənim gözüm yox
Birgə getdiyimiz ömür yolunda
Hələ demədiyim nə qədər söz çox

Dərdləri yığmışam ürəyimə mən
Onlarla gəzirəm hər addımımla
Nə vaxt xəyalıma qonaq olursan
Onlar əriyərək olur bir damla

Gözəllər naz ilə keçsı yanımdan
Gözlərim səmtini dəyişən deyil
Çox da ki tilovlar atılsın mənə
Onlar ki ünvana yetişən deyil

Sevgi ilə qurulan həyat gözəldir
Eşq müjdəsi göz, söz, sonra da əldir
Bir kimsı danarmı sevgi əzəldir?!
Sevgi ilə bir ömür biz vuraq başa!

Sevgidən ev tikək qalxsın göylərə
Yox deyək hər yerdə böhtana, şərə
Gəl olaq nümunə bütün bəşərə
Qəlbindı şübhələr qalmasın sənin

Bakı

Bakı! Mehriban şəhər
Yurdumun paytaxtısan
Sən günəşli bir səhər
Ömrünüm

Anasız bir dünya nəyimə lazım?

Dünyanın dəyəri düşüb gözümdən
Arzular, diləklər puç olub getdi
Daha yaşamağın mənası yoxdur
Anasız yazıldı mənim adıma
İnanın, ürəyim dayanır, vurmur
Hər dəfə düşəndə anam yadıma
Daha incimirəm, daha küsmürəm
Barışdım amansız bu həyatla mən
Qoruya bilmədim doğma anamı
Taleyin cavabsız zərbələrindən
Dünyaya hər zaman analı dedim
Nə edim, inandım bu qədər ona
Çox dedim, sözümü o yerə saldı
Gör necə, vəfasız biri oldu ki..
Anama get dedi, özüsə qaldı
O qədər dərdim var sayı bilinmir
Bilmirəm onları mən hara yazım
Anasız deməyə dilim də gəlmir
Anasız bir dünya nəyimə lazım
Torpağın özü də durdu qəsdimə
Anamı çox sakit aldı əlimdən
Sinəmdən yapışıb üzümə dedi;
Anan sənin üçün bura qədərdi
Qarşımda ucaldı torpaqdan bir sədd
Ay aman, anamla düz mən arada
İki gözü bir birindən ayıran
Ömürlük görüşə çəkildi sərhəd
Dəyişmək olmazmı həyat hökmünü
Analar ölməsin, yox olsun dərdim
Sözlərim allaha xoş getməzdisə
Razıyam, cəzasın özüm çəkərdim
Baş açmaq çətindir, bu nə sirdisə
Torpaq altındadır əzizlərimiz
Torpaq üstündəsə gəzişirik biz
Daha dözəmmirəm sənsiz, ay ana!
Deyirəm həsrətə bir qəbir qazım
Nə olar, al məni yenə qoynuna
Adımı adının yanına yazım
Anasız bir dünya nəyimə lazım?!
Anasız bir həyat, de kimə lazım?!

Torpaq

Bahar fəsli gələndə
Torpaq şən nəğmə deyir
Səslənən bu nəğmələr
Quş tək uçmaq istəyir

Torpaq ucaldır bizi
Göstər torpağa qayğı
Torpaq barın verərək
Doldurar bağça, bağı

Oxunub: 398
Oxşar xəbərlər
SON XƏBƏRLƏR