dini radikalizm və ekstremizmlə mübarizə

Əlizadə Əhmədli Payezya Dünyası


SƏN O L M A S A Y D I N

Nə şair olardım , nə də müəllim ,
Ay ana , ay ana , sən olmasaydın .
Çətin bu dünyaya gələ bilərdim ,
Ay ana , ay ana , sən olmasaydın .

Südünlə şirinlik verdin dilimə ,
Şirin nəğmə qoşdum mən də elimə .
Bəlkə , xor baxardım vətən gülünə ,
Ay ana , ay ana , sən olmasaydın .

Anasız böyümək nə qədər çətin ,
Bala anasından qalarmış yetim ,
Məni öldürərdi sənin həsrətin -
Ay ana , ay ana , sən olmasaydın .

Qolumu boynuna hər vaxt dolaram ,
Dönüb əvvəlkitək uşaq olaram .
De , kimdən sənintək İlham alaram ,
Ay ana , ay ana , sən olmasaydın .

Səndən uzaq olsun həm qəm , həm kədər ,
Demə ki , zəhmətin gedibdir hədər .
Nə ömrüm , nə sözüm verməzdi bəhər ,
Ay ana , ay ana , sən olmasaydın .

Ürəyim sızlayan sim idi , axı ,
Dünya başdan - başa qəm idi , axı .
Söylə , Əlizadə kim idi, axı -
Ay ana , ay ana , sən olmasaydın .


MƏNİM BU DÜNYADA KİMİM VAR AXI !

Mənim bu dünyada kimim var axı ,
Söykənib qalmışam ümidlərimə .
Bəzən doğma olur yadların çoxu ,
Mənim yaxınlarım yad olub mənə ,
Mənim bu dünyada kimim var axı !

Əllərim oğlumun çiyinlərində ,
Tənha bir ocağam bu yurd yerində ,
Sönüb gedəcəyəm günün birində ,
Kimi ağrıdacaq görən bu ağrı -
Mənim bu dünyada kimim var axı !

Əksim xəyallarda qalacaqsa da ,
Anam saçlarını yolacaqsa da ,
Bir qızın gözləri dolacaqsa da ,
Görən kim çəkəcək bu boyda dağı -
Mənim bu dünyada kimim var axı !

Bülbül də ayrılar bir gün gülündən ,
Kim çıxdı sahilə arzu selindən ?!
Sevgilim , əlimi üzmə əlindən ,
Ömür dedikləri uzun bir yuxu ,
Bir səndən , bir də ki Vətəndən ayrı ,
Mənim bu dünyada kimim var axı !

Ş İ R V A N A

Tələbəlik illəri ötüb keçsə də,
Məhəbbət bağladı bizi Şirvana .
Şəninə yazdığım sözlər gecsə də
Ərməğan göndərrəm sözü Şirvana .

Şairlər yurdunda qol-- qanad açdıq ,
Hərəmiz bir səmtə quş olub uçduq .
Bulaqtək çağladıq, çay kimi daşdıq ,
Bununçün borcluguq , düzü , Şirvana .

Ondan ayrı düşməz könlümün quşu ,
Mən nə unutqanam, nə də ki naşı.
Dağların başında duysan da qışı ,
Dahilər gətirib yazı Şirvana .

Ömrümdə ilbəil artan yaşsa da,
Qayğılar çoxalıb həddi aşsa da,
O günlər günbəgün uzaqlaşsa da ,
Həmişə gedirəm üzü Şirvana .

Mələr ürəyimdə körpə bir quzu ,
ƏLİZADƏ unutmaz verdiyi sözü .
Tale ümmanlara atanda bizi
Tapşırdım o gözəl qızı Şirvana .

AĞLAR , ŞƏHİD ANASI

O bir mələk donunda ,
Hamı onun yanında .
Bir yanğı var canında
Şəhid olub balası ,
Ağlar , şəhid a n a s ı .

Layla çalar ahəstə ,
Oğul məzarı üstə .
Laylası bəstə - bəstə
Tutar oğluna yası _
Ağlar , şəhid a n a s ı .

Aparar onu xəyal ,
Üzündən doğar sual .
Olar cavabında lal
Geyinib qəm libası ,
Ağlar , şəhid a n a s ı .

Sevdi ana torpağı ,
Qorudu Qarabağı .
Kəfən geydi bayrağı
Məğrur durar atası ,
Ağlar , şəhid a n a s ı .

El - oba matəm saxlar ,
Analar qara bağlar .
Məzarını qucaqlar
Yolar saçın sonası -
Ağlar , şəhid a n a s ı .

İçər dərdi - möhnəti ,
Çəkər oğul xiffəti .
Vətənə məhəbbəti
Şəhid ciyərparası ,
Ağlar , şəhid a n a s ı .

Olsa qəlbdə təpəri ,
Oğul düşmən çəpəri .
Ölər , çəkilməz geri
Qan versə də yarası ,
Ağlar , şəhid a n a s ı .

Sinəsin sipər eylər ,
Vətən borcunu ödər .
Vətənə qurban gedər
Olmaz Vətənə ası -
Ağlar , şəhid a n a s ı .

Ruhun ovutmaq üçün ,
Dərdin unutmaq üçün .
Təsəlli olmaq üçün
Yanında el - obası ,
Ağlar , şəhid a n a s ı .

ÇIXIB GEDƏCƏYƏM HAYANA GƏLSƏ

Bu külək tərsinə belə əsirsə ,
Tale qılınc kimi məni kəsirsə ,
Doğmalar inciyib , yersiz küsürsə ,
Çıxıb gedəcəyəm hayana gəlsə .

Doğma ocaq kimi , doğma yurd kimi ,
Bu yerlər qəlbimdə qalacaq mənim .
Yeyəcək qəlbimi qəzəb qurd kimi ,
Yediyim nemətlər olacaq qənim .
Üz tutub , yön tutub doğma bir səsə ,
Çıxıb gedəcəyəm hayana gəlsə .

Daha bezikmişəm bəd qeybətlərdən ,
Ruhuma yatmayan sözlər çalpaşıq .
Daha bezikmişəm bədheybətlərdən ,
Mən bu insanların nəyinə aşiq ?!
Bəlli olmayacaq yerim heç kəsə ,
Çıxıb gedəcəyəm hayana gəlsə .

Uzağa getməyim uzaq plandır ,
Vətənin hər küncü vətəndi mənə .
Qırılan qeybətlər , sözlər yalandır ,
Mən susdum , namərdlər şitəndi mənə .
Yolumu edəcəm bir az da kəsə ,
Çıxıb gedəcəyəm hayana gəlsə .

Baxtımı pisləyim , necə pisləyim ?
Fələyin əlində ömür dəstəyim .
Daha bu dünyadan nədir istəyim ,
Bu da bir ömürdür yaşadım nəsə ...
Qərib bir gecədə səssis səmirsiz
Çıxıb gedəcəyəm hayana gəlsə .

NİYƏ İNANMADIN SEVGİMƏ M Ə N İ M .

Bir şirin, əlçatmaz yuxu bu sevgi,
Çəkibdir sinəmə dağı bu sevgi .
ALLAH vergisiydi , axı bu sevgi ,
Niyə inanmadın secgimə m ə n i m ?!

Sən getdin, gözlərim dalınca baxdı ,
Ağladım , göz yaşım qəlbimə axdı ,
Elə bil başımda ildırım çaxdı ,
Niyə inanmadın sevgimə m ə n i m ?!

Sənsiz bu yerlərə çətin gələrəm,
Çətin şadlanaram , çətin gülərəm .
Axı yaşamaram sənsiz ölərəm ,
Niyə inanmadın sevgimə m ə n i m ?!

Bil ki , nə usanıb , nə susasıyam ,
Nə də ilk eşqimi unudasıyam .
Lap o dünyada da soruşasıyam :
Niyə inanmadın sevgimə m ə n i m ?!



Oxşar xəbərlər
SON XƏBƏRLƏR