dini radikalizm və ekstremizmlə mübarizə

UNUTMAYAQ, O QARA GÜNÜ!


UNUTMAYAQ, O QARA GÜNÜ!

Şəhidlərə baş daşı oldu,
qara mərmər,
Qapqara...
Qara yazılmışdı,
igidlərin talehləri də,
Qapqara...
Qara daşlara yazıldı,
İgidimin Ad Günü.
Qalmadı sonraya,
O İgidin şad günü.
Güllər səpək onlara,
həmişəki Ad günü.
O qara daşa döndüyü,
həmin günü,
Qapqara günü.
Ədalət,
Unutma,
Şəhidin qara daşa döndüyü,
Qapqara günü.

Ə.ƏROĞLU

Не забудем черный день

Черный мрамор,
щехиду надгробием стал.
Он чересчур черный…
Судьба погибших героев,
черными буквами
написано в них,
Он чересчур черный…
В этих черных камнях,
ДЕНЬ РОЖДЕНИЕ
славных сыновей описано
на зеркале черном.
И ДЕН СЬЕРТИ их тоже,
указано так же.
Таким образом,
данного счастливого дня
передали потомкам черно,
превращая его в черный день
Адалат, не забудь,
время шехида,
указанный как день черный!

TƏRCÜMƏ: VAQİF RƏSUL

İGİD ƏSGƏR


İgid Əsgər, hazır ol, gedən davaya,
Üçrəngli bayrağı qaldır havaya,
Vətənin yolunda sən məğrur dayan,
Dünya da göz yumur qopan ah-vaya.

Düşmən hiyləsilə getməyək bada,
Bir qarış torpağı verməyək yada,
Vətən əsgərimə dəyməsin qada,
Dünya da göz yumur qopan ah-vaya.

İgidim hazır ol, Qələbə çalaq,
Düşmənim kimdir ki, biz də alçalaq,
Millətlər içində biz də Ucalaq,
Dünya da göz yumur qopan ah-vaya.

Vətənim bölünüb, paramparçadır,
Qarabağ vətəndə “Qara xalçadır”
Düşmən əsirləri yaman alçaldır,
Dünya da göz yumur qopan ah-vaya.

İgidim, Vətəndən qalma intizar,
Düşmənə birlikdə qazaq biz məzar,
Vətənim olacaq yenə gülizar,
İzzətoğlu dözməz gələn ah-vaya.
Dünya da göz yumur qopan ah-vaya.

İGİD ŞƏHƏRİM

Xəyallar başımda, gülə bilmirəm,
Dərdimi dərdinlə bölə bilmirəm,
Axan göz yaşını silə bilmirəm,
Sumqayıt şəhərim, igid şəhərim.

Bir fevral günündə qalxdın ayağa,
Coşub vətənimdə döndün dayağa,
Sadiq olduq o, üçrəngli bayrağa
Sumqayıt şəhərim, igid şəhərim.

Qarabağ alovla alışan zaman,
Səsinə səs verdin, vermədin aman,
Düşmən zalım oldu, dözmədin yaman,
Sumqayıt şəhərim, igid şəhərim.

İgidlər yetirdin sən Qarabağa,
Sinəni vermisən oda, ocağa,
Çəkilib getmədin, küncə, bucağa,
Sumqayıt şəhərim, igid şəhərim.

Şəhidlərim Xiyabanda uyuyur,
Ruhları hər zaman bizi qoruyur,
Mən Əroğlu, səninlə qürur duyur,
Sumqayıt şəhərim, igid şəhərim.

NİYƏ?

Niyə tez soyuduq, nədən uyuduq?
Unutduq deyəsən, can Qarabağı,
Alışıb yanıram hər axşam, səhər,
Unudan deyiləm, xan Qarabağı.

Niyə tez soyuduq, nədən uyuduq?
Axan göz yaşımız dönübdür selə
Biz belə deyildik, məgər buyuduq?
İtirib namusu, vermişik yelə.

Niyə tez soyuduq, nədən uyuduq?
Bulaqdan çağlayan, saf bir su idik.
Şəhid məzarında bitən güllərin,
Qəhərini çəkdik, ətrin iylədik.

Niyə tez soyuduq, nədən uyuduq?
Yaş ötür, xəyaldı ömrümün sonu,
Dünyanın dəyişib gözəllik donu,
Aləmə car çəkir sözümün tonu.

Niyə tez soyuduq, nədən uyuduq?
İşğaldır yurdların, nər İzzətoğlu,
Özünü öyməsin hər İzzətoğlu.
Döyüşə hazırdır, Ər İzzətoğlu.

20 YANVAR ŞƏHİDLƏRİNƏ

İyirmi Yanvarda qanlı bir sabah,
Düşmənlər etdilər ölkəmə tamah.
Qarşısın almağa qalxdı Şəhidlər.
Sabaha ümüdlə baxdı Şəhidlər.

Bu vətən, bu torpaq, “mənimdi!” deyib,
Düşmənin yolunu kəsdi Şəhidlər.
Qatil gülləsinə qurban da gedib,
Sabaha ümüdlə baxdı Şəhidlər.

Xalq ayağa qalxdı, o günü seçdi
Zirehli tankların önünə keçdi.
Vətənin yolunda, canından keçdi,
Sabaha ümüdlə baxdı Şəhidlər.

O gecə Şəhidlər boyandı qana,
Vətənin yolunda qıydılar cana,
Baxmadı düşmənin od silahına,
Sabaha ümüdlə baxdı Şəhidlər.


Faşistlər tankları sürdü ölkəmə,
Bakımı çevirdi qanlı görkəmə,
Rəhm etmədi uşaq, böyük heç kimə...
Sabaha ümüdlə baxdı Şəhidlər.

Qorxu bilməyibdi, mənim millətim,
İblisdən gəlsə də ağrım, zillətim,
Qüruru sınmadı, dözdü dövlətim,
Sabaha ümüdlə baxdı Şəhidlər.

Odur ki, sadiqəm, dövlətim sənə,
Şirin canımdan da əzizsən mənə,
Əroğluyam, “var ol!” deyirəm yenə,
Sabaha qürurla baxdı Şəhidlər.


ƏDALƏT ƏROĞLU POEZİYASININ İNCİLƏRİ

Oxunub: 344
Oxşar xəbərlər
SON XƏBƏRLƏR