dini radikalizm və ekstremizmlə mübarizə

Danışmayır


Həyatdan zamansız köçmüş xalam oğlu Habilin əziz xatirəsinə

Sən gedəni daha gülmür üzümüz
Qolda güc qalmayıb əsir dizimiz
Daha lal olmuşuq bitib sözümüz
Ağız kilidlənib dil danışmayır

Qovlaya bilmədik kədəri, qəmi
Silsəkdə, qurumur gözlərin nəmi
Zamanla savaşda dəlib sinəmi
Gün keçir, ay ötür, il danışmayır

Yoxluğun bilinir hər anımızda
Sanki bir möhürdür qəm alnımızda
Neçə ki var idin sən yanınımızda
Dəvədən də böyük fil danışmayır

Elxan, bu həyatı mənalı yaşa
Ölüm ki tez gəldi baxmayır yaşa
Bir gün görəcəklər dönmüsən daşa
Ha çığır, ha qışqır, bil danışmayır


Yuxuma gəlmişdin

Yuxuma gəlmişdin yenə bu gecə
İncə baxışlarla süzürdün məni
Ürəyim əsirdi bilirsən necə
Danışa bilmirdi bircə kəlməni

Sən də danışmırdın, sən də susurdun
Ağ libas yaraşır, nə gözəl sənə!
Sinəmdən daş kimi asılan sözü
Gözlərim deyirdi a gözəl, sənə!

Niyə danışmırdın, de görüm gülüm?!
Ürəyim çırpınsın daha nə qədər
Qəlbimin alovu sönməyəcəkdir
Məni sevdiyini deyənə qədər

Röyalar olubdur görüş yerimiz
Bu taleh yazılıb bizlərə, gülüm
Çox da ki, xoş keçsin mənim hər anım
Ürək sızlayırsa, mən necə gülüm

Yuxum çin çıxarsa, onda ikimiz
Birlikdə deyəkmi, yuxu yaxşı yol!
Qovuşaq gözəlim, sonda ikimiz
Səndə gəl, ömürlük bu Elxanın ol!

Bu, yaşamaqdı!

Bu həyat gözəldir, qədrini bilsən
El üçün yaşayıb, el üçün ölsən
Yerində ağla sən, yerində gül sən
Bu, yaşamaqdı!

Mən ki, yaşayıram yaratmaq üçün
Deyirəm mənalı keçsin ömür, gün
Vətən övladıyla hər vaxt öyünsün
Bu, yaşamaqdı!

Elxan ÇIRAXLI

Oxunub: 538
Oxşar xəbərlər
SON XƏBƏRLƏR