dini radikalizm və ekstremizmlə mübarizə

Djb.az portalının rəhbəri Almaz İlahəni doğum günü münasibətilə təbrik edirik.



Dünya Jurnalistlər birliyi xəbərlər və informasiya portalının təsisçisi , ictimai xadim, yazıçı – publisist “SOS” MMC – nin Ictimaiyyətlə əlaqələr üzrə müşaviri Almaz İlahə Əhmədovanın doğum günüdür.
Dunyaxeber.org saytının müxbiri və həmkarım kimi bu gün onun haqqinda yazmaq istədim.
Almaz xanım haqqında saatlarla danışmaq, səhifələrlə yazı yazmaq olar. Bir neçə gün əvvəl Almaz xanımın iş yerində qonağı oldum. İş otağının divarlarındakı təltiflər diplom ,fəxri fərman və medallar elə onun vətənə xidmətlərini aşılayırdı.
Söhbət zamanı 8 kitab müəllifi və 50 dən çox kitabın elmi redaktoru və redaktoru və qızıl qələm mükafatçısı olduğunu öyrənirəm. “Maşallah olsun” deyib uğurlarını və nailiyyətlərini fəxrlə anlatdığı kimi mən də qürurla dinləyirəm. Özünü vətənə həsr edərək vətənləşən güclü bir Azərbaycan qadınını yaxından tanımaq mənimçün də şərəflidir.
Divarda 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley təltif medalının yanında ,Həzi Aslanov adına medalını bir tərəfində Qardaş Türkiyənin onur sertifikatlari , başarı sertifikatı və Iraq Türkmən Millət vəkili Erşet Salihi, Türkmən Şəhidlər Dərnək Basqanı Haşim Muhtaroğlunun layiq gördüyü ödülü heyranlıqla və həqiqətən də onurla gözdən keçirirəm. Daim şəhid ailələrinin dərdinə şərik olan Almaz xanım öz doğum günlərini də çox zaman onlarla bərabər keçirir . Ağsaçlı analara mənəvi dəstək ,gənclərə örnək olan Almaz xanım sözün əsl mənasında vətənə xidmətini qələmini süngü edərək əsgərlik missiyasını yerinə yetirir .
55 yaşını tam fərqli qeyd edəcəyini düşünsə də doğma Azərbaycanımızın başı üstünü alan dumanlar, təkrar şəhid verdiyimiz bir vaxtda belə bir tədbiri keçirməyi nə özünə nə başqalarına yaraşdırmadığını bildirdi. Dolmuş bulud kimi dolub boşalan Almaz Ilahə xanım ad ğünündə evində şəhidlər üçün ehsan verəcəyini bildirdi.
Mən də vətənpərvər xanımdan məhz bu addımı gözləyirdim.
Qəlbi vətən eşqı ilə döyünən qazi anası Almaz xanımı bir daha doğum günü münasibətilə təbrik edir, ona gələcək həyatında və fəaliyyətində uğurlar arzu edirəm.

Leyla Mətin

Oxunub: 703
Oxşar xəbərlər
SON XƏBƏRLƏR