dini radikalizm və ekstremizmlə mübarizə

Ərdoğan Zelenskiyə Putinlə görüş təklif edəcək - KİV

Ərdoğan Zelenskiyə Putinlə görüş təklif edəcək - KİV


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lvova səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenskiyə Rusiya Prezidenti Vladimir Putinlə görüş təklif edəcək.

Bu barədə Türkiyənin “CNN Türk” kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Putin və Zelenski Ukrayna ilə bağlı “yol xəritəsi”ni müəyyən etmək üçün görüşə bilərlər.

“Zelenski Rusiya Prezidenti Putinə dörd dəfə ikitərəfli görüş təklif edib. Kiyevin bu təklifi həmişə Moskva tərəfindən “Liderlərin qərar verəcəyi konkret məsələ yoxdur” cavabı ilə rədd edilib. Lakin Lvovda keçiriləcək üçtərəfli sammit öncəsi Rusiyanın sərt mövqeyini yumşaltmağa başladığı müşahidə olunur. Rusiya mənbələrindən aldığımız xəbərə görə, Vladimir Putin Vladimir Zelenski ilə görüşə bilər. Rusiya tərəfi liderlərin “yol xəritəsi”ni müəyyən edə biləcəklərini bildirib. Bundan sonra nümayəndə heyətləri bu “yol xəritəsi”nin həyata keçirilməsi üzərində işə başlaya bilərlər. Ukraynada qəti sülh olmasa belə, ən azı davamlı atəşkəsə nail olmaq Zelenskinin Lvov sammitində BMT baş katibi Antonio Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hansı mesajları verməsindən asılı olacaq”, - kanal bildirib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR