dini radikalizm və ekstremizmlə mübarizə

İsmət Qayıbov adına 10 saylı tam orta məktəbdə 28 May Respublika Günü və Şuşa ilinə həsr olunmuş tədbir keçirildi


Djb.az xəbər verir ki, İsmət Qayıbov adına Mingəçevir şəhərində yerləşən 10 nömrəli məktəbin (Rus bölməsi üzrə təhsil alan) 2 D sinfinin iştirakı və sinif rəhbəri Aytən Əliyevanın təşkilatçılığı ilə 28 May Respublika Günü və Şuşa ilinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Birinci və İkinci Qarabağ müharibəsi şəhid ailələri, Vətən müharibəsi qaziləri, Gənc Qazilər Ib Mingəçevir üzvləri, təhsil şöbəsinin əməkdaşları da iştirak etdi.
Tədbirdə müxtəlif mahnılar, rəqslərlə yanaşı 44 günlük Vətən Müharibəsində şəhadətə qovuşmuş şəhidlərimizə həsr olunmuş kompozisiya nümayiş olundu.
Tədbirin sonunda məktəbin direktoru Mehriban Mehdiyeva, şəhid ailələri və Vətən Müharibəsi qaziləri çıxış edərək tədbiri təşkil edən Aytən müəlliməyə və 2ci sinfin vətənpərvər şagirdlərinə gözəl çıxışları, şagirdlərini milli ruhda yetişdirdiyi üçün minnətdarlıq etdi.
Sonda Aytən müəllimə çıxış etdi və öz şagirdlərini vətənpərvərlik ruhunda tərbiyə etməyin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, gələcəyə əsil vətənsevər, milli dəyərlərinə bağlı şəxsiyyət yetişdirmək hər bir pedaqoqun borcudur deyərək gələn qonaqlara təşəkkürünü etdi bununla da tədbir yekunlaşdı.
Yetişən nəsli bu qədər vətənsevər, milli dəyərlərinə bağlı görəndə insanın bu vətən üçün dəfələrlə can alıb, can verməyi gəlir. Yetərki bu körpələr azad, bütöv Azərbaycanda, Qarabağda yaşayıb, yaratsınlar.






Oxunub: 852
Oxşar xəbərlər
SON XƏBƏRLƏR