dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə narkomaniya və erkən nikah mövzularında maarifləndirmə tədbiri keçirilib


Mingəçevir Texniki humanitar liseydə “ Narkomaniyaya , erkən nikah və onun fəsadları” barədə mövcud karantin rejiminin tələbləri nəzərə alınmaqla tədbir keçirilib. Tədbirdə liseyin müəllim kollektivi və 10-11 ci sinif şagirdləri, Mingəçevir Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev ,Təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev və Mingəçevir şəhər Qeydiyyat şöbəsinin rəisi Sevinc Hüseynova iştirak ediblər.

Djb.az xəbər verir ki, tədbirdə ilk olaraq liseyin direktoru Nailə Məmmədova çıxış edərək lisey haqqında məlumat verib.Daha sonra Mingəçevir polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, hazırda Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir. Polis rəisi üzünü gənclərə tutaraq onlara bildirib ki,sizlər yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlisiniz deyib.

Tədbirdə çıxış edən Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov narkomaniyanın törətdiyi fəsadlardan ətraflı məlumat verib. Digər polis əməkdaşı erkən nikahın səbəb olduğu problemlərdən də söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır.
Qeydiyyat şöbəsinin rəisi Sevin Hüseynova,erkən nikahlar və onun fəsadları barədə məlumat verərək, erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin sağlam həyat tərzi ilə bağlı böyük problemlər yaranır dedi:” Həmçinin bu hallar
yeniyetmələri təhsildən də kənar salır. Yaranan fəsadlar hətta gələcəkdə cəmiyyətdə gedən inkişafa öz mənfi təsirini göstərə bilir. Qeyd edim ki, erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. Bu gün cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzi prioritet məsələlərdəndir”.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Esmira Hidayətova,Mingəçevir





Oxunub: 778
Oxşar xəbərlər
SON XƏBƏRLƏR