dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün Azərbaycanın Əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü Ağacan Abiyevin doğum günüdür!


24 Noyabr - Texnika elmləri namizədi, professor, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru olmuş, Azərbaycan Boks Federasiyasının vitse - prezidenti, Azərbaycanın Əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü Ağacan Abiyevin doğum günüdür!
. Ağacan Qulam oğlu Abiyev 24 noyabr 1937 - ci ildə Bakının Bülbülə qəsəbəsində dünyaya gəlmişdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib.
. 1966 - cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971 - ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983 - cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışib. 1987 - 2015 - ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru olmuşdur.
. 1 monoqrafiyanın və 100 - dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası var.
. Avropa Beynəlxalq Boks Federasiyasının vitse - prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. 1957 - ci ildən "Neftçi" İdman Cəmiyyətində məşqçi işləyib. İdman ustası və beynəlxalq dərəcəli hakimdir.
. Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir. Dəfələrlə beynəlxalq turnirlərdə mükafat qazanıb. 6 dəfə Azərbaycan çempionu olub. SSRİ fəxri idman ustası, beynəlxalq dərəcəli hakim, beynəlxalq dərəcəli fəxri idman ustası adlarını alıb.
. 2005, 2010 və 2015 - ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentin elm və təhsil komitəsinin üzvü, intizam komissiyasının sədri olub.
. Azərbaycan - Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan - Avstriya, Azərbaycan - Bolqarıstan, Azərbaycan - Polşa, Azərbaycan - Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
. Yeni Azərbaycan Partiyasının üzvüdür.
"Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmişdir.
Rus və ingilis dillərini bilir.

Oxunub: 617
Oxşar xəbərlər
SON XƏBƏRLƏR